Şamaxıda Üzüm və Şərab Festivalı rəngarəng proqramla başa çatıb » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda Üzüm və Şərab Festivalı rəngarəng proqramla başa çatıb


Şamaxının Meysəri kəndində keçirilən Üzüm və Şərab Festivalı zəngin proqram və yüksək iştirakla başa çatıb.

Şamaxı Rayon İcra Hakimiyyəti, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə keçirilən festivalda müxtəlif şərab brendləri öz pavilyonları ilə iştirak edib. Festivalın qonaqları pavilyonları ziyarət edərək təqdim olunan məhsullarla tanış olub, müxtəlif növ üzüm və şərab məhsullarının dadına baxıblar.
Tədbir iştirakçılarına Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələri barədə məlumat verilib. Festival məkanında müxtəlif təqdimatlar, müsabiqələr, viktorinalar və əyləncəli proqramlar təşkil olunub.
Festivalın musiqi proqramı da qonaqların böyük marağına səbəb olub. Gün ərzində “Avroviziya” təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva və DJ Kamonun çıxışları təqdim edilib.
Festivalın balaca iştirakçıları üçün də xüsusi proqram hazırlanıb. Uşaq əyləncə zonasında interaktiv oyunlar keçirilib, animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramlar təşkil olunub.
Tədbirin sonunda festivalda iştirak edən təşkilatlara Təşkilat Komitəsi tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, festival yerli üzüm və şərab istehsalının təşviqi, Azərbaycan şərablarının tanıdılması və ixrac imkanlarının genişləndirilməsi, ölkənin qədim üzümçülük və şərabçılıq ənənələrinin təbliği məqsədi daşıyır.
Meysəri kəndində keçirilən festival bir daha Şamaxının üzümçülük və şərabçılıq sahəsində formalaşmış ənənələrinin, eləcə də rayonun turizm potensialının nümayiş etdirilməsi baxımından əhəmiyyətli platformaya çevrilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az