Şamaxıda “Elləroyuğu Yaylaq Festivalı” keçirildi » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda “Elləroyuğu Yaylaq Festivalı” keçirildi


Şamaxı rayonunun Qızmeydan kəndində Qərbi Azərbaycanın Amasiya rayonunun Ağbaba-Şörəyel mahalının Elləroyuğu kəndindən deportasiya olunmuş soydaşlarımızın iştirakı ilə ustad aşıq Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə həsr edilmiş “Elləroyuğu Yaylaq Festivalı” keçirilib.

Qərbi Azərbaycan İcması, Amasiya rayon və Elləroyuğu kənd icmalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın milli-mənəvi dəyərlərini yaşatmaq, həmrəyliyini möhkəmləndirmək və Qayıdış Konsepsiyasına töhfə vermək olub.

Festival çərçivəsində Elləroyuğu kəndinin tarixi, coğrafiyası və mədəni irsini əks etdirən sərgi nümayiş etdirilib.Daha sonra tədbirdə Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, professor Mahirə Hüseynova, Milli Məclisin deputatı Hikmət Babaoğlu, professor Aftandil Ağbaba və digər ziyalılar çıxış edərək tədbirin məqsədindən, Ağbaba-Çıldır Aşıq mühitinin tanınmış nümayəndəsi, ustad sənətkar Aşıq İsgəndər Ağbabalının yaradıcılığı və tədbirin əhəmiyyətindən bəhs ediblər.

Festivalın bədii hissəsində Ağbaba-Şörəyel mahalını təmsil edən aşıq və ifaçılar çıxış edərək 300-dən çox iştirakçıya zəngin musiqi proqramı təqdim ediblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az