Prezident İlham Əliyev cari ilin 22 may tarixində Litvaya rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxış edib


Prezident İlham Əliyev: “ Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir”

Litva-Azərbaycan arasında əməkdaşlığın gündəliyi olduqca  genişdir. Həm işçi komissiyaların, həmdə dövlət başçıların səviyyəsində sıx təmaslar mövcuddur. Belə ki, ötən ilin may ayında Litva Respublikasının Prezidenti Gitanas Nausedan Bakıda səfərdə olmuşdur. Bu vaxta qədər dövlət   başçıları yanvar ayında Davosta Dünya İqtisadi forumu çərçivəsində görüşmək fürsəti əldə edib. Bu görüşlərdə ikitərəfli əlaqələr, geosiyasi məsələlər, regional və qlobal miqyaslı əhəmiyyətli olan əməkdaşlıqi əlaqələr nəzərdən keçirilib.  Rusiya-Ukraniya münaqişəsinin başlanmasından sonra artıq nəqliyyat dəhlizləri ilə bağlı yeni çağırışlar var və bu çağırışlar fonunda Azərbaycandan keçən orta   dəhliz aktuallığını artırıb. Eyni zamanda Litvanın bərpa olunan enerji sahəsində, xüsusilə günəş enerjisi ilə bağlı qabaqcıl təcrübəsi var. Azərbaycan bu sahəni prioritet elan edib və  bu istiqamətdədə əməkdaşlıq perespektivləridə mövcuddur.
 Bu gün bizim parlamentlərarası  münasibətlərimizdə çox güclü tərzdə inkişaf edir.
 Vurğulamaq  istərdim   ki, Prezident İlham Əliyevin Litva Respublikasına 4-cü səfəridir. 
Rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxış edərək Prezident İlham  Əliyev “Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələləri müzakirə etdik, bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır” deyə  vurğulamaqla, bu səfərlər əsnasında olan  danışıq və razlıqlar  bizim əlaqələrimizin inkişafına güclü təkan verəcəkdir.
Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialının olduğunu və bu məsələnin hər iki ölkənin gündəliyinə daxil edildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də, nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar”.
Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.
Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin ildən-ilə artdığını və artacağını qeyd edən Azərbaycan Prezidenti deyib: “Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq”.

Cari ilin 22 may tarixində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı imzalanmış əməkdaşlıq sənədləri:

•             “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”;
•             “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”;
•             “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”.

Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı ilə əlaqədar

Prezident İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri çərçivəsindəVilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda iştirak edib. Prezident forumda çıxış edərək bildirib ki, “Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir”.
Dövlət başçısı bildirib ki, “Birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir.İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var”.
“Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir”- deyən Prezident İlham Əliyev bildirib ki, “Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq.Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır”.
Logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialı olduğunu vurğulayan Prezident bildirib ki, “Daşımalar sektorunu yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsətidir.Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib.Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır.Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edilir. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyulur. Çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək”.
Ölkə rəhbərimiz çıxışı zamanı xüsusi olaraq vurğulayıb ki,Azərbaycan iqtisadiyyatı sabitdir: “Ölkəmizdə ünbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəf şaxələndirmədir. Ölkəmiz iqtisadiyyatı şaxələndirəcək və enerji sektorundan asılılığı azaldacaq.
İqtisadi sabitlik uğurlu əməkdaşlığın təminatıdır. Azərbaycanın xarici borcu çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən azdır. Milli valyutamız sabitdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir”.
Yüksələn xətlə inkişaf edən Azərbaycanla Litva arasında münasibətlər və qarşılıqlı əməkdaşlıq bir sıra istiqamətlər üzrə genişlənməkdədir. Belə ki, hazırda iki dövlət arasında əlaqələr enerji, ticarət, qarşılıqlı investisiya, təhsil, səhiyyə və digər sahələri əhatə etməkdədir. Eyni zamanda iki dövlət arasında tərəfdaşlığın ən mühüm məqamlarından biri isə Litva dövlətinin Azərbaycanın ərazi bütövlüyünə, həmçinin ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığının möhkəmlənməsinə dəstək nümayiş etdirməsidir.

Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf şaxələndirmədir.

Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək”.
Bu gün Avropa üçün Azərbaycanın rolu bu baxımdan həyati əhəmiyyət kəsb edir. Xüsusi ilə nəzərə alsaq ki  Rusiya – Ukraniya münaqişəsinin başlanmasından sonra artıq alternativ mənbələrin və alternativ marşurutların tapılması ilə bağlı məsələlər Avropada xüsusi həyəcanla müzakirə olunur. Azərbaycan Prezidenti isə bütün bu əməkdaşlıq istiqamətləri ilə yanaşı regional məsələlərin müzakirə olunduğunu diqqətə çatdırdı. Və bir daha bu platformadanda vurğuladı ki Azərbaycan nəhayət Cənubi Qafqaza sülhün gəlməsi üçün səylərini davam etdirir və uzun müddətli sülhün həm bölgənin həm də ümumilikdə Avrasiyanın gələcək inkişafı üçün əməkdaşlığın genişdirilməsini əhəmiyyətli olduğunu qeyd etdi.  Vurğulandığına baxmayaraq, Azərbaycan bu illər ərzində böyük dağıntılara məruz qalıb, vandalizmi faktiki olraq işğal olunmuş ərazilərdə törədilib, ancaq rəsmi Bakı sülh müqaviləsinin imzalanması və nəhayət Cənubi Qafqazda yeni səhifənin başlanmasında israrlıdır. Azərabycanın Avropa itifaqının  əlaqələrində Litvanın roluna xüsusi olaraq toxundu. Azərbaycanın prezidenti və qeyd olundu ki 18 iyul tarixində ötən ilin iyulunda Bakını imzalanmış Avropa itifaqı ilə Azərbaycanın arasında enerji sahəsində strateji tərəfdaşlığa dair mimerandum bu gün faktiki olaraq həyata keçirilir və bu istiqamətdə praktik addımlar atılır və Azərbaycanla Avropa itifaqının istər enerji, istərsədə digər istiqamətlərdə əməkdaşlığında Litvanın rolu olduğca əhəmiyyətlidir. Litvanın və Azərbaycanın bu gün priatet hesab etdiyi istiqamətlərdən biridə bərpa olunan enerji sahəsidir. Məlum olduğu kimi ötən ilin dekabrın 17-də Azərbaycan Buxaresdə, Azərbaycan Gürcüstan Macarıstan və Yunanıstan arasında bərpa olunan enerjinin Avropaya nəqli ilə bağlı mühüm tarixi adlandırıla biləcəyimiz saziş imzalayıblar və bu sazişdən irəli gələrək hazırda praktik addımlar atılmağdadır və Litvada bu istiqamətdə də Azərbaycanla əməkdaşlığ edə bilər.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az