“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi işçilərinin peşə bayramı təntənəsi


“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin su təsərrüfatı və melorasiya sahəsində çalışan əməkdaşların peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri cənab Tural Qasımlı, Şamaxı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi cənab Əhəd Əzizov, həmçinin dövlət və yerli idarəetmə orqanlarının nümayəndələri, sahənin aparıcı mütəxəssisləri və digər qonaqlar iştirak etmişdir.
Çıxış edən natiqlər ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsində həyata keçirilən genişmiqyaslı islahatların ölkənin iqtisadi inkişafında oynadığı həyati rolu xüsusi vurğulamış, dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının nümunəvi olduğunu qeyd etmişlər. Qeyd olunmuşdur ki, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması kənd təsərrüfatının dayanıqlı inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması üçün vacib amildir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji dövlət proqramları su ehtiyatlarının səmərəli idarə olunmasına, meliorasiya infrastrukturunun yenilənməsinə, həmçinin peşəkar kadrların hazırlanmasına böyük töhfələr vermişdir. Bu sahədə çalışan hər bir mütəxəssisin fəaliyyəti yüksək qiymətləndirilir və ölkəmizin tərəqqisində mühüm rol oynayır.
Tədbirin sonunda meliorasiya və su təsərrüfatı sahəsində fərqlənmiş əməkdaşlar, eləcə də fəal partiya üzvləri dövlət tərəfindən Fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, onların əməyinə və xidmətlərinə dərin minnətdarlıq ifadə olunmuşdur.
Bu mühüm tədbir, “Konstitusiya və Suverenlik İli”nə uyğun olaraq, ölkəmizin su təsərrüfatı sahəsində əldə etdiyi uğurların təbliği, əməkdaşların zəhmətinin təqdir olunması və gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
P.S.
Sizi “Şirvan” qəzeti redaksiyası kollektivi adından peşə bayramınız münasibətilə dərin ehtiram və səmimi qəlbdən təbrik edirik! Su təsərrüfatı və meliorasiya sahəsində göstərdiyiniz misilsiz peşəkarlıq və fədakarlıq ölkəmizin kənd təsərrüfatının inkişafında əsas dayaqlardan biridir və bu mühüm sahədəki zəhmətiniz böyük qiymətə layiqdir.
Gələcək fəaliyyətinizdə möhkəm sağlamlıq, yeni-yeni uğurlar və parlaq nailiyyətlər arzulayır, işinizdə daim uğurlar diləyirik.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az