Səfalı kəndində növbəti səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi » Shirvanqazeti.az - Şirvan Qəzeti

Səfalı kəndində növbəti səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi


2025-ci ilin iyun ayında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun iştirakı ilə Səfalı kəndində növbəti səyyar qəbul təşkil olunub. Qəbulda təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin rəhbər işçiləri, eləcə də xidmət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İcra başçısı çıxışında respublika və rayon miqyasında həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrin infrastrukturunun yenilənməsi üzrə aparılan tədbirlərdən ətraflı danışıb. O, xüsusilə kənd yollarının təmiri, içməli su və enerji təminatı sahəsindəki layihələrin davamlılığını vurğulayıb və sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasının prioritet istiqamət olduğunu diqqətə çatdırıb.
Səfalı kənd sakinləri səyyar qəbul zamanı əsasən kənddaxili yolların bərpası ilə bağlı müraciətlərini səsləndiriblər. Bundan əlavə, digər sosial və kommunal problemlər müzakirə olunub, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az