Şamaxıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Qurtuluş Günü qeyd olunub » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Qurtuluş Günü qeyd olunub


2025-ci il 15 iyun tarixində Konstitusiya və Suverenlik İli çərçivəsində Şamaxı şəhərində Azərbaycan xalqının müasir tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Suverenliyə Aparan Qurtuluş Yolu” adlı möhtəşəm tədbir keçirilib.
Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri Şamaxı şəhərində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüş və Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, 15 İyun – Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, bu gün təkcə təqvimdə bir tarix deyil, həm də Azərbaycan xalqının dövlətçilik uğrunda mübarizəsinin, müstəqilliyin, sabitliyin və inkişafın başlanğıcıdır. O qeyd edib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, ölkəni vətəndaş qarşıdurması və dağılmaq təhlükəsindən xilas etmiş, müstəqil Azərbaycan dövlətinin əsasını qoymuşdur.
Tahir Məmmədov çıxışında Ulu Öndərin həyata keçirdiyi tarixi islahatlardan, hüquqi dövlət quruculuğundan, neft strategiyası və milli maraqlara əsaslanan xarici siyasətindən bəhs edərək, bu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdulrazaqova və ADPU Şamaxı filialının müəllimi Şasəddin Mikayılov 15 İyun tarixini təkcə bir siyasi dönüş deyil, bir millətin öz taleyinə sahib çıxma günü kimi dəyərləndiriblər.
Tədbirin yekununda vurğulanıb ki, Milli Qurtuluş Günü Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, xalqın öz liderinə, dövlətinə və suverenliyinə bağlılığının simvoludur. Bu dəyərlərin yaşadılması, gənc nəslə ötürülməsi və dövlətçilik ənənələrinin davam etdirilməsi hər bir vətəndaşın borcudur.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir daha dərin ehtiramla yad etmiş, onun siyasi kursunun bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal uğurlara doğru inamla davam etdirildiyini qürurla ifadə ediblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az