Şamaxı RİH başçısı Tahir Məmmədov Dəmirçi kəndində səyyar qəbul keçirib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı RİH başçısı Tahir Məmmədov Dəmirçi kəndində səyyar qəbul keçirib


17 iyun 2025-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Dəmirçi kəndində sakinlərlə növbəti səyyar qəbulunu təşkil edib. Tədbirdə təhsil, səhiyyə, mədəniyyət sahələrinin, həmçinin xidmət təşkilatlarının rəhbər işçiləri iştirak etmiş, kənd sakinləri öz fərdi müraciətləri ilə çıxış etmişlər.
Başçı Tahir Məmmədov çıxışında ölkəmizdə və rayonumuzda son illərdə aparılan geniş quruculuq-abadlıq işlərindən danışaraq, kənd və qəsəbələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat vermişdir. O, dövlətin kənd yerlərinin inkişafına və sakinlərin sosial şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini vurğulamış, bu istiqamətdə görülən işlərin davam etdiriləcəyini qeyd etmişdir.
Səyyar qəbul zamanı kənd sakinləri əsasən fərdi müraciətlərini çatdırmış, onları narahat edən məsələlər barədə aidiyyəti qurum rəhbərləri ilə müzakirələr aparılmışdır. Əsasən aşağıdakı məsələlərə xüsusi diqqət yetirilmişdir. Şükürov Fəxrəddin Sərxan oğlu elektrik dirəklərinin həyətyanı sahələrdən çıxarılması ilə bağlı köməklik göstərilməsini istəyib. Sultanov Abdulvahab Əqil oğlu yeni inşa olunmuş fərdi yaşayış evinin sənədləşdirilməsi və enerji təchizatına qoşulması məsələsində dəstək tələb etmişdir. Balayev Cəlal Niyazi oğlu fərdi evinə qaz və elektrik xəttinin çəkilməsi ilə bağlı müraciət etmişdir. Mütəllimova Həmidə Düldül qızı isə həyətyanı sahədə qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsini xahiş etmişdir.
Qəbulda səslənən bütün müraciətlər diqqətlə dinlənilmiş və qaldırılan problemlərin həlli üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.
Belə səyyar qəbulların davam etdirilməsi və sakinlərlə birbaşa ünsiyyətin möhkəmləndirilməsi rayonun inkişaf strategiyasının prioritetlərindən biridir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az