Şamaxı Rayon İcra Hakimiyyətinin, YAP Şamaxı rayon təşkilatının və Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilıatçılığı ilə iyulun 12-də YAP Şamaxı rayon təşkilatında “Ailə problemləri cəmiyyətin qayğısıdır” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatınn sədri Tural Qasımlı bildirdi ki, xalqımız hər zaman milli dəyərlərə yüksək qiymət verib, əsrlərin sınağından çıxmış adət-ənənələrimizi qoruyub, yaşadıb, bu günümüzə çatdırıb. Dünyada baş verən qlobal dəyişikliklər, mənəvi dəyərlərin aşınma prosesi getdiyi bir vaxtda biz bu sərvətimizi, o cümlədən ailə təməlinin möhkəmliyini qorumaq üçün ciddi düşünməliyik. Unutmamalıyıq ki, ailə özündə ictimai əlaqələrin bütün sistemlərini birləşdirir.
Şamaxı RİH-nin hüquq şöbəsinin müdüri Nəsimi Mənəfov çıxış edərək, hazırda ölkədə mediasiya institutu formalaşmaqda və inkişaf etməkdədir. Bu proses dövlət səviyyəsində və özəl formada özünü göstərir ki, yaxın gələcəkdə biz bunun müsbət nəticəsinin şahidi olacağıq. Məhz barışıq nəticəsində ailələrin dağılmasının qarşısı alınır. Çünki, nikahın pozulması ilk növbədə uşaqlara mənfi təsir edir və onların psixologiyalarının pozulmasına səbəb olur. Lakin, əgər tərəflər israr edirlərsə və uyğun yaşama variantı tapa bilmirsə nikahın pozulmasının qaçılmaz olduğunu vurğuladı.
Şamaxı RİH yanında İctimai Şuranın sədri Eybalı Ağayevin çıxışında ailələrin dağılmasına səbəb olan müxtəlif problemlərdən söz açdı. O, qeyd etdi ki, çox zaman əsas təsir kənar amillərlə bağlı olur. Bunlar da əsasən valideynlərdir. Bir evdə yaşamaq, yeni şəraitə uyğunlaşmaq heç də asan olmur. Bu, nəzərə alınmalıdır. Tərəflər arasında yaranan problemlərə valideynlərin əsassız qarışması arzulanan deyil. Daha yaxşı olar ki, valideynlər gənclərin bir-birilərini daha yaxşı anlamalarına, müəyyən çətinliklər yarananda güzəştə getməyi öyrənmələrinə yardımçı olsunlar.
Şamaxı rayon Ağsaqqal Şurasının sədri Mayıl Alcanov da çıxışında ailə bağlarının qopmasına səbəb olan faktorlara diqqət çəkdi və dedi ki, fikir ayrılıqları, qərarsızlıqlar, bir-birini başa düşməmək kimi problemlər ailə bağlarının qopmasına səbəb olur. Bu problemlər adi bir problem kimi görünsə də, əslində kiçik çatışmazlıqlar böyük problemlərə yol aça bilir. Kişi və qadın problemlərini birlikdə həll edərək, bir-birini başa düşə bilməlidirlər. Bütün xoşbəxtlik tərəflərin bir-birini anlamasından keçir. Ona görə evlilik məsələlərində gənclərin bir-birini yaxından tanımasına xüsusi diqqət yetirməliyik.
Şamaxı RİH yanında İctimai Şuranın sədr müavini Nəzakət Abdulrazaqovanın geniş məruzəsində qeyd olundu ki, ailədə zorakılığın qarşısının alınması, ata-ana məsuliyyətinin bərabər bölünməsi, uşağın fikrinin ailə problemlərinin həllində nəzərə alınması, məsuliyyətsizliyin aradan qaldırılması uşaqların milli, vətənpərvər ruhda və psixoloji cəhətdən sağlam böyüməsinə əhəmiyyətli təsir göstərir.
Təssüflər olsun ki, müasir dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçmir. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına aparıb çıxarır. Çalışmalıyıq ki, tarix boyu Azərbaycanda müqəddəs ocaq sayılan ailənin qorunmasının yollarını təxirə salmadan, həm də bütün məsuliyyəti və ciddiliyi ilə müəyyənləşdirək.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ağarza Bayramov da çıxışında ənənəvi ailə modelinin üstünlüklərinin qoruyub saxlamağın tərəfdarı olduğunu dedi. Bildirdi ki, keçmişdə qurulan ailələrin təməli möhkəm olub. Yaşadıqları adi problemləri böyütməyiblər.
Rayon ağsaqqalı təklif etdi ki, böyüklər bu vacib məsələyə diqqət yetirsinlər. Yaşanan çətinlikləri böyütmək ailəni problemdən xilas etmir, əksinə, daha da dərinləşdirir. Sonu da çox acınacaqlı bitir.
Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Şamaxı Cümə məscidinin axundu Mərəhməd Mustafayev çıxışında milli dəyərlərimizin ailə fərdlərinin, ayrı-ayrılıqda Azərbaycan ailəsindəki yerini və vəzifələrini qısa şərh etdi. Bildirdi ki, ata, ilk növbədə, ailədaxili qanunları tənzimləyən və ailəni həyatın müxtəlif çətinliklərindən qorumaqla idarə edə bilən şəxsdir. O, öz ədaləti və iradəsi ilə ailədə böyüməkdə olan övladları, xüsusilə oğul üçün nümunəvi olan və onun gələcək həyatında meyar rolunu oynaya bilən Azərbaycan kişisi, ana isə namuslu qadın, ləyaqətli həyat yoldaşı, qayğıkeş, mərhəmətli ana, xanım-xatın, ailəcanlı, ismətli, yeri gələndə mərd və döyüşkən olmağı bacaran Azərbaycan xanımıdır. Ailənin digər üzvləri olan övladlar isə ata-ananın sözündən çıxmamaq, onların haqqını ömrün vəfası bitənə qədər uca tutmaq, ailə dəyərlərinə qarşı gəlməmək, nəticə etibarilə valideynlərinin fəxrinə çevrilməklə əsl azərbaycanlı ailəsini təşkil edirlər. Ona görə çalışmalıyıq ki, müqəddəs kitabımız olan "Qurani-Kərim"də buyurulan kimi, gənclərimiz əxlaqlı, xeyirxah, vicdanlı, vətənsevər böyüsünlər.
Şamaxı rayon Məhkəməsinin məsul işçisi Natiq Əzimov çıxışında ailə problemlərinin həllinə hüquqi müstəvidən yanaşdı və qeyd etdi ki, ölkəmizin ailə qanunvericiliyinə dair müddəalar və tənzimləmələr əsasən Ailə Məcəlləsində məcəllələşdirilmiş və qeyd olunmuşdur. Nikahın və boşanmanın hüquqi statusu, valideynlik hüquqları və vəzifələri, ər və arvadın birgə əmlakının hüquqi statusu, nikah müqaviləsi, nikaha qədərki əmlak tənzimləməsi, uşaq hüquqları və uşaqların tərbiyəsi, aliment, övladlığa götürmə və əlaqəli ailə münasibətlərinə dair məsələlər qanunvericiliklə tənzimlənmişdir.
Təəssüf, daha çox da narahatlıq və həyəcan doğuran fakt odur ki, boşanmalarla bağlı məhkəməyə müraciətlərin sayı artıb. Sözsüz ki, sosial-ictimai institut kimi ailə bir sıra mühüm funksiyaları da həyata keçirir. Bu funksiyalar ailənin həqiqətən cəmiyyətin, dövlətin inkişafında müstəsna rol oynadığını sübut edir. Ona görə ailənin qorunmasına, həm də bu prizmadan yanaşmalıyıq. İnsanlar arasında mütəmadi olaraq maarifləndirmə işləri aparmalıyıq.
Şamaxı rayon Təhsil sektorunun müdüri Məsud Babayev isə bu vacib məsələdə tədbir iştirakçəlarının diqqətini bir maraqlı cəhətə yönəltdi. O, dedi ki, bir çox ölkələrdə ailə dəyərlərinin formalaşdırılması üçün təhsilin bütün pillələrində, məktəblərdə, liseylərdə, universitetlərdə “Ailəşünaslıq” kursu ya müstəqil, ya da sosial fənlərin tərkibində tədris edilir. Təhsil müətəxəssisləri də bu fikirdədilər ki, belə dərsliyin təcili hazırlanaraq tədris edilməsi də atılacaq addımlardan biri ola bilər. Ailə dəyərlərinin tədrisinin yaxın gələcəkdə məktəblərin təhsil proqramlarına daxil edilməsi vacibdir.
Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov çıxışında qeyd etdi ki, insan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailənin mahiyyəti onun qurluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.
Tədbirin sonunda növzunun aktuallığını qeyd edən və bu sahədə görüləcək işlərdə müzakirələrin faydal olacağı qənaətinə gələn YAP Şamaxı rayon təşkilatının sədir Tural Qasımlı çıxışnı pozitiv notlarla bitirdi və dedi ki, ailəmizə sevərək sahib çıxmalıyıq. Sevgi hər şeyin başlanğıcıdır. Ailənin olması vacibdir. Ailə sevincləri, üzüntüləri, qayğıları ilə gözəldir. Ailənin özəyini möhkəm qurub, qorumağı bacararıqsa, deməli, biz xoşbəxtik.