Martın 18-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr olunan növbəti tədbir keçirilib.
Tədbiri direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-sinin Azərbaycanda “Elm günü” kimi təsis edilməsinin elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi gənc nəsildə elmə olan marağın artmasına və onların gələcəkdə mütəxəssis kimi yetişməsinə müsbət təsir göstərəcək.
ADPU-nun Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova ölkə rəhbərinin hər zaman elmə, təhsilə böyük diqqət və qayğı göstərdiyini söyləyib.
Sonra iştirakçılara maraqlı məruzələr təqdim edilib, rəsədxananın ikimetrlik teleskopu və burada yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Qeyd edək ki, bu tədbir “Elm günü” çərçivəsində rəsədxananın təşkilatçılığı ilə keçirilən üçüncü tədbirdir. Belə ki, fevralın 19-da Tusi-Bohm Planetariumda “Super Moon” adlı tədbir, martın 8-dən 10-dək isə ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələri üçün “Astronomiya qış məktəbi” təşkil edilib.
Xatırladaq ki, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən bu il martın 27-də Azərbaycanda ilk dəfə “Elm günü” qeyd olunacaq. “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb. Bununla əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.
“Elm günü”nə həsr olunan növbəti tədbir keçirilmişdir


Tarix :28.03.2019, 08:48
Oxunma :2 246
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
4.09.2025, 19:22
Şamaxıda ulduzlara açılan pəncərə: astronomiyanın aktual problemləri müzakirə olundu
29.08.2025, 21:58
Şamaxıda səyyar qəbullar: sakinlərin müraciətləri diqqət mərkəzində
29.08.2025, 09:45
Şamaxıda müasir körpələr evi-uşaq bağçalarının açılışı olub
28.08.2025, 21:10
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi: Vaşinqton razılaşması və Azərbaycanın strateji prioritetləri
25.08.2025, 14:21
26 Avqust – Laçın şəhəri günüdür
25.08.2025, 12:27
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlıqda yeni səhifə açıldı
11.08.2025, 13:51
Prezident İlham Əliyev: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”
1.08.2025, 06:24
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
27.07.2025, 19:57
"Qız Qalası" – Keçmədinin dağlarındakı sirr
22.07.2025, 20:30
Şamaxıda Milli Mətbuat Günü qeyd edilib
20.07.2025, 19:47
22 İyul Milli Mətbuat Günüdür
15.07.2025, 10:35
“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir
10.07.2025, 18:23
Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi
10.07.2025, 17:16
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib
9.07.2025, 21:00
Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!