Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı! » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!


İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa Çempionatında sərbəst güləş üzrə gümüş medal qazanan Muradxan Ömərov, onu bu zirvəyə aparan məşqçiləri Natiq Mahmudov və Rövşən Hacıyevlə birlikdə Şamaxı Rayon İcra Hakimiyyətində qəbul olundu.

Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bu mühüm uğura görə idmançını və onun məşqçilərini təbrik etdi, onların zəhmətini yüksək qiymətləndirdi və gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzuladı.

Söhbət zamanı vurğulandı ki, Şamaxıda idmanın, xüsusilə də güləş növünün inkişafı istiqamətində mühüm addımlar atılır. Dövlətin idmançılara göstərdiyi diqqət və qayğı, yaradılan şərait, yeni infrastruktur və layihələr gənclərimizin beynəlxalq arenalarda söz sahibi olmasına geniş imkanlar yaradır.

Muradxan Ömərovun qazandığı bu uğur – təkcə onun deyil, bütün Şamaxının, bütün Azərbaycanın qələbəsidir!



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az