"Uşaqlar vəzifə başında” adlı növbəti tədbir » Shirvanqazeti.az - Şirvan Qəzeti

"Uşaqlar vəzifə başında” adlı növbəti tədbir


Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində "Uşaqlar vəzifə başında” adlandırılan növbəti tədbir Şamaxı rayonunda təşkil edilib. Əhalinin həssas kateqoriyasına aid uşaqlar Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb, onunla birgə idarəetmə prosesində iştirak ediblər. 
Tədbir BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az