Prezident İlham Əliyev: “Xalqlarımızın çox əsrlik qardaşlıq əlaqələri var”
Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışı ilə əlaqədar
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncücü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib. Bu il növbəti yüksək toplantıya Tacikistan ev sahibliyi edib.
MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ AZƏRBAYCAN ARASINDA ƏLAQƏLƏRİN MÖHKƏM BÜNÖVRƏSI MƏHZ ORTAQ MƏDƏNİ KÖKLƏR ÜZƏRİNDƏ QURULMUŞDUR.
Sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəxri qonaq qismində iştirakı da ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Qeyd edək ki, cənab Prezident İlham Əliyev bu il qardaş Tacikistana artıq iki dəfə səfər edib. Bu, bir daha göstərir ki, əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində nəqliyyat və logistika sahəsinin yeri xüsusi önəm kəsb edir. Düşənbə Sammitində çıxış edən cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Eyni zamanda bu tranzitin əks istiqamətdə də əhəmiyyəti heç də az deyil. Qarşılıqlı faydalı əməkdaşlığı hər zaman təşviq edən Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu dost ölkələr üçün daim açıqdır. Bu gün ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsini həyata keçirir ki, bu da Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədinə xidmət edir. Artıq növbəti ildə bu marşrutla daşınan yüklərin həcmi beş dəfəyə qədər artırılacaq. Təbii ki, Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycana çatdırılmasının məhz Xəzər dənizi vasitəsilə həyata keçirilməsi də ən mühüm amillərdən biridir. Buna görə dövlətimiz tərəfindən Bakı Ticarət Limanının imkanlarının artırılması istiqamətində də əməli işlər görülür. Qürurverici haldır ki, Azərbaycan artıq bu gün Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Bununla belə Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsindən sonra bu göstərici önəmli dərəcədə artacaq.
AZƏRBAYCAN-TACİKİSTAN MÜNASİBƏTLƏRİNİN YÜKSƏLƏN DİNAMİKA İLƏ İNKIŞAF EDİR
Azərbaycan və tacik xalqları əsrlər boyu qarşılıqlı hörmət, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda isə Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Ölkələrimiz arasında diplomatik əlaqələrin isə otuz illik tarixi vardır. Bu illər ərzində hər iki xalqın maraqlarına cavab verən əhəmiyyətli nəticələr əldə olunmuşdur. İndiyədək iki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Cari ilin aprel ayında Tacikistana səfər etmiş cənab Prezident İlham Əliyev bu gün Tacikistan və Azərbaycanın iki sabit dövlət olduğunu qeyd etmiş və bu sabitliyin inkişafın və təhlükəsizliyin əsası olduğunu vurğulamışdı. Həmçinin diqqətəlayiq haldır ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Bu, səmimi dostluq və qardaşlıq münasibətlərinin ən bariz sübutudur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün ölkələrimiz arasında bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün möhkəm zəmin mövcuddur və münasibətlər məhz bu əsas üzərində sürətlə inkişaf edir.
AZƏRBAYCAN XƏZƏRDƏ 50-DƏN ARTIQ GƏMİDƏN İBARƏT ƏN İRİ TİCARƏT DONANMASINA MALİKDİR
Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə sənaye, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri də icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda fəaliyyət göstərən Ələt Azad İqtisadi Zonasına indiki marağı da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük inam yaradır.
Qeyd edək ki, 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar və bundan bir il sonra müvafiq qanun qəbul edilməsi ilə bu sahədə real addımların atılmasına başlanılıb. 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən iqtisadi məkanın təməli qoyulub. Cari il iyunun 9-da isə adıçəkilən iqtisadi zonanın birinci mərhələsi istifadəyə verilib. Azərbaycanın iqtisadi həyatı üçün son dərəcə əlamətdar hadisə sayılan bu tədbirdə dövlətimizin başçısının iştirakı isə Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönələn siyasətinin real təməli kimi dəyərləndirilib.
Prezident İlham Əliyevin “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2022-ci il tarixli sərəncamında adıçəkilən iqtisadi zonanın ərazisi qismində müəyyənləşdirilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid 60 hektar təşkil edən hissəsinin birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə səlahiyyətli quruma verilməsi öz ifadəsini tapıb.
Ələt Azad İqtisadi Zonası daha çox nəqliyyat, logistika sahəsinin formalaşmasına xidmət edir. İnvestisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulur. Belə bir iqtisadi zonanın yaradılması isə Azərbaycanın tranzit ölkə olaraq öz imkanlarını genişləndirməyə şərait yaradır və ölkə ərazisinə daha çox yükdaşımaların artırılmasını şərtləndirir.
İqtisadi zona dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin, habelə investisiyaların artmasına, ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına, idxaldan asılılığın aradan qaldırılmasına, bir sözlə, Azərbaycan iqtisadiyyatının inkişafına da müsbət təsir göstərir.
Bu gün əcnəbi hüquqi və fiziki şəxslərin iqtisadi zonada mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur, burada investorların əmlakı heç bir halda milliləşdirilmir, investorların əmlakının bu və ya digər məhdudiyyətlərdən tam qorunmasına təminat verilir.
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olduğu üçün nəqliyyat və logistika sahəsi də ikitərəfli münasibətlərdə xüsusi yer tutur. Başqa sözlə, respublikamızın genişmiqyaslı nəqliyyat–logistika infrastrukturu Mərkəzi Asiyanın iqtisadi inkişafının sürətlənməsində önəmli rol oynayır.
“RƏQƏMSAL İPƏK YOLU” LAYİHƏSİ
Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Çıxışında Prezident İlham Əliyev Azərbaycanın region ölkələri ilə, o cümlədən ticarət-iqtisadi sahədə artan əlaqələrini qeyd edib.
«Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələrilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb”, - o deyib. Azərbaycan sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçirir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir.
«Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük”, -Prezident İlham Əliyev deyib.
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu müasirləşdirir.
Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Tezliklə istehsal olunan tanker və quru yük daşıyan gəmilərin sayı ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.
Azərbaycanın Mərkəzi Asiya ölkələrilə əməkdaşlığının yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsidir,deyə Pezident İlham Əliyev bildirib.
ÖLKƏLƏRİMİZ ARASINDA MƏDƏNİ ƏLAQƏLƏR DƏ YÜKSƏK DİNAMİKLİYİ İLƏ SƏCİYYƏLƏNİR.
2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli,1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən 2 nəfər “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”a əsasən təhsil alır. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. Hərbi sahədə əməkdaşlığın genişlənməsi də məmnunluq doğurur. 2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır. Eləcə də Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır, onlardan 6-sının təhsili bu il başa çatacaq.
Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışının sonunda diqqətə çatdırıb ki, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur və Azərbaycan bununla bağlı sammitə ev sahibliyi edəcək: “Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram”.
Prezident həmkarlarına bir daha təşəkkürünü bildirib və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edib.
***
Sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbə şəhərində “Dostluq axşamı” adlı konsert proqramı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlər konsertə baxıblar.
Dövlət başçıları Düşənbədəki “EKSPO Mərkəzi Asiya – 2023” sərgisi ilə də tanış olublar.
AZƏRBAYCAN-TACİKİSTAN MÜNASİBƏTLƏRINƏ QISA BAXIŞ
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri baş tutacaq. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçiriləcək səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir.
Səfər çərçivəsində rəsmi qəbul paytaxt Düşənbə şəhərində yerləşən Millətlər Sarayında baş tutacaq.
Dünən isə Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycanın və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət və Sənaye Palatası arasında, "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" İctimai Birliyi və "Tacikistan İş Qadınlarının Milli Assosiasiyası" arasında, Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında, eləcə də "AzərTürk Bank" və "Аmonatbonk" arasında anlaşma memorandumları imzalanıb.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rahmon ilə təkbətək və geniş tərkibdə görüşləri keçiriləcək.
Bu səfər Azərbaycan Respublikası Prezidentinin Tacikistana beşinci səfəridir. Azərbaycan Prezidenti son olaraq 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib.
Parlamentlərarası əlaqələrə gəldikdə deyə bilərik ki, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
İqtisadi münasibətlərə gəlincə, 2008-ci il fevralın 7-də Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın 5 iclası keçirilib. Sonuncu iclas ötən il fevralın 22-23-də Düşənbədə baş tutub.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli,1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur.
Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
Cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən 2 nəfər “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”a əsasən təhsil alır.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.
Mədəni əlaqələr: Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Belə ki, 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub.
Hərbi sahədə əməkdaşlıq: 2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır.
Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır, onlardan 6-sının təhsili bu il başa çatacaq.
Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir.
Bəzi statistik məlumatlar: 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib.
Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub.
2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib.
Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün kvota çərçivəsində aşağıdakı “Giriş, çıxış və tranzit keçid üçün – 150 ədəd” və “3-cü ölkəyə/ölkədən – 100 ədəd” icazə blankı mübadilə edilir.
2023-cü il mayın 1-dən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır.
Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.
Cari ildə imzalanmış memorandumlar:
• “Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair”,
• “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası İctimai Birliyi və Tacikistan İş Qadınlarının Milli Assosiasiyası arasında əməkdaşlığa dair”,
• “Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında əməkdaşlığa dair”,
• “AzərTürk Bank və Аmonatbonk arasında anlaşma memorandumu”.