Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Respublikanın bütün bölgələrində olduğu kimi, 31 mart soyqırımı qurbanlarının xatirəsi Şamaxıda da anılmışdır.
1918-ci il soyqırımı zamanı ən dəhşətli vəhşiliklərin törədildiyi, ciddi insan itkilərinə və maddi ziyana uğramış Şamaxıda rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, qanlı hadisələrdə həlak olanların xatirəsini yad etmişlər.
Anım mərasimində əsrlər boyu bədnam ermənilər və onların havadarları tərəfindən türk xalqına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasətinin əsl mahiyyəti iştirakçıların diqqətinə çatdırılmış, qeyd edilmişdir ki, azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bildirilmişdir ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımına məruz qalmışdır. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır.
Xalqımızın başına gətirilən faciələrin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğu xatırlanmış, bu gün də onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə məqsədyönlü addımların atıldığından danışılmışdır.
1918-ci ildə Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğınlardan birinin Cümə məscidində baş verdiyi diqqətə çatdırılmış, Allah evi kimi sığınmış 1700-dən artıq günahsız insanın ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyi, məscidin top atəşinə tutularaq yandırıldığı vurğulanmışdır. Həmiçinin qeyd olunmuşdur ki, 1918-ci il soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində 2013-cü ildə əsaslı bərpa edilmiş, yenidən qurularaq xalqın istifadəsinə verilmişdir.
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür


Tarix :2.04.2019, 08:51
Oxunma :2 019
PAYLAŞ
Digər Xəbərlər

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.
27.05.2025, 11:18
28 May - Müstəqillik Günüdür
24.05.2025, 06:04
Azərbaycan regionda etibarlı tərəfdaşdır
23.05.2025, 19:30
Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim...” adlı respublika elmi konfransı keçirilib
23.05.2025, 18:56
Şamaxıda kompleks mülki müdafiə təlimi keçirilib
22.05.2025, 19:52
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Cabanı kənd sakinləri ilə keçirilib
21.05.2025, 17:59
Azərbaycan-Macarıstan: dost ölkələr, strateji tərəfdaşlar
19.05.2025, 17:50
“Güclü cəmiyyətin zərif simaları” layihəsinin növbəti görüşü Şamaxı rayonunda baş tutub
19.05.2025, 13:44
Rayonda “Sağlamlığa Doğru Qaç!” adlı qaçış layihəsinin növbəti mərhələ yarışı keçirilib
16.05.2025, 13:36
Şamaxıda Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib
15.05.2025, 17:30
Şamaxı Rayon İcra Hakimiyyəti və ADPU-nun Şamaxı filialının birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.
15.05.2025, 16:26
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun İkinci Cabanı kənd sakinləri ilə keçirilib
13.05.2025, 13:15
Şamaxıda VII Azərbaycan-Alman-Türk-Özbək Tibb Konqresi və XIII Bakı Beynəlxalq Tibbi Təlim Günləri keçirilib
10.05.2025, 09:32
Azərbaycan-Vyetnam əlaqələrində perspektivli mərhələ başlayır
10.05.2025, 09:20
Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır
8.05.2025, 22:01
Şamaxıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
8.05.2025, 21:51
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Qonaqkənd kənd sakinləri ilə keçirilib
8.05.2025, 11:24
ƏBƏDİYYƏT ÖMRÜ
7.05.2025, 21:33
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Üfüqlərdə doğan günəş” adlı tədbir keçirilmişdir