Martın 16-da Şamaxı rayonunda 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər. Sonra tədbirin keçirildiyi rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, habelə Şamaxının milli mətbəxinin nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Rayon rəhbəri çıxışında ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar, rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2018-ci il Şamaxı rayonu üçün də uğurlu olmuşdur. 2017-ci illə müqayisədə 2018-ci ildə ümumdaxili məhsulun həcmi 30,5 faiz artaraq 261,4 milyon manat olmuşdur. 2017-cı illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 16,4 faiz artaraq 7,8 milyon manat təşkil etmişdir.
Vurğulanıb ki, əsas kapitala investisiya qoyuluşu tikinti-quruculuq işlərinin genişləndirilməsinə, rayonun aqrar sektorunun inkişafına mühüm təsir göstərmişdir. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 93,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 180,6 faiz artaraq 89,8 milyon manat olmuşdur. Rayon ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektləri üzrə pərakəndə əmtəə dövriyəsinin həcmi 265,3 milyon manat olmuş, əvvəlki ilə nisbətən 2,4 faiz artmışdır. İqtisadiyyatın başqa sahələrində olduğu kimi əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətin həcmi xeyli çoxalmışdır. Əhali 56,4 milyon manatlıq pullu xidmətdən istifadə etmiş, ötən illə müqayisədə 5,2 faiz artım əldə olunmuşdur.
Yığıncaqda iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Şamaxıda üzümçülüyün tarixi və gələcək perspektivlərindən də danışılmış, dövlətin bu gəlirli sahəyə göstərdiyi diqqət xüsusi vurğulanmışdır.
Çıxış edənlər 2018-ci ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, mövcud problemlərdən söhbət açaraq, aqrar bölmənin və sahibkarlığın inkişafı ilə bağlı təkliflərini bildiriblər.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov çıxış edərək, 2018-ci ildə respublikanın və Şamaxının inkişafından danışıb, qarşıda duran vəzifələri bir daha diqqətə çatdırıb.
Sonra müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub, yığıncaq iştirakçıları adından Prezident cənab İlham Əliyevə müraciət qəbul edilib.
Şamaxı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabati
Tarix :18.03.2019, 08:43
Oxunma :1 704
PAYLAŞ
Digər Xəbərlər
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.
Dünən, 13:58
COP29 ilə bağlı ölkəmizdə olan müxtəlif ölkələrin nümayəndə heyətlərinin Şamaxıya səfərləri davam edir
Dünən, 13:53
Qarakənd faciəsindən 33 il ötür
Dünən, 13:18
20 noyabr Ağdam Şəhəri Günüdür
19.11.2024, 13:39
Səyyar qəbul-görüşlər keçirilir, problemlər yerindəcə həll olunur
15.11.2024, 17:40
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Muğanlı kənd sakinləri ilə keçirilib
14.11.2024, 18:36
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Şirvan kənd sakinləri ilə keçirilib
14.11.2024, 15:14
Bolqarıstan Respublikasının Prezidentinin xanımı Desislava Radeva Şamaxıya səfər edib.
14.11.2024, 15:06
Prezident İlham Əliyev: “Dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”
12.11.2024, 09:48
Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında çıxış edib
12.11.2024, 09:38
Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edib
12.11.2024, 09:19
8 NOYABR- ŞUŞA ŞƏHƏRİ GÜNÜ
12.11.2024, 09:00
12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür
9.11.2024, 11:37
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür
7.11.2024, 19:29
Növbəti səyyar qəbulu rayonun Günəşli kənd sakinləri ilə keçirilib
7.11.2024, 18:30
Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
7.11.2024, 11:54
8 Noyabr - Zəfər Günüdür
6.11.2024, 11:36
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür