Ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqiyyə doğru dəyişdi
2020-06-15
1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi.
Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı.
Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi.
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.
Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünü tıxayırdı.
AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı.
Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi.
AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur.
Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.
Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü.
Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü.
Daxili siyasətdə:
• Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi;
• Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı;
• Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı;
• İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi;
• İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi;
• Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı;
• Ordu quruculuğunda mühüm addımlar atıldı.
Enerji sahəsində:
• “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar;
• Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı;
• Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi.
Xarici siyasətdə:
• İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu;
• Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.
Ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqiyyə doğru dəyişdi
Tarix :15.06.2020, 14:16
Oxunma :3 400
PAYLAŞ
Digər Xəbərlər
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.
Dünən, 13:58
COP29 ilə bağlı ölkəmizdə olan müxtəlif ölkələrin nümayəndə heyətlərinin Şamaxıya səfərləri davam edir
Dünən, 13:53
Qarakənd faciəsindən 33 il ötür
Dünən, 13:18
20 noyabr Ağdam Şəhəri Günüdür
19.11.2024, 13:39
Səyyar qəbul-görüşlər keçirilir, problemlər yerindəcə həll olunur
15.11.2024, 17:40
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Muğanlı kənd sakinləri ilə keçirilib
14.11.2024, 18:36
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Şirvan kənd sakinləri ilə keçirilib
14.11.2024, 15:14
Bolqarıstan Respublikasının Prezidentinin xanımı Desislava Radeva Şamaxıya səfər edib.
14.11.2024, 15:06
Prezident İlham Əliyev: “Dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”
12.11.2024, 09:48
Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında çıxış edib
12.11.2024, 09:38
Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edib
12.11.2024, 09:19
8 NOYABR- ŞUŞA ŞƏHƏRİ GÜNÜ
12.11.2024, 09:00
12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür
9.11.2024, 11:37
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür
7.11.2024, 19:29
Növbəti səyyar qəbulu rayonun Günəşli kənd sakinləri ilə keçirilib
7.11.2024, 18:30
Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
7.11.2024, 11:54
8 Noyabr - Zəfər Günüdür
6.11.2024, 11:36
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür