Dövlət başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin dövlət tərəfindən cəzalandırılması davam etdirilir


Son vaxtlar respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə xeyli gücləndirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Dövlət Təhlükəsizlik Xidmətinin ayıq-sayıqlığı nəticəsində korrupsiya, rüşvətxorluq, dövlət əmlakının talanması səbəbindən Ağstafa, Yevlax, Neftçala və Biləsuvar rayonlarının keçmiş icra hakimiyyəti başçıları barədə həbs qətimkan tədbiri seçilib.
 Onlar Prezident İlham Əliyev dünyanı bürüyən COVİD-19 pandemiyasından respublikamızın minimum itkilərlə çıxmasına möhkəm zəmin yaratdığı şəraitdə bu cür mənəviyyata sığışmayan hərəkətlərə yol vermişlər.
 Dövlət başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin dövlət tərəfindən cəzalandırılması davam etdirilir. Bu günlərdə əvvəlki icra hakimiyyəti başçılarının düşdükləri vəziyyətdən nəticə çıxarmayan, korrupsiya, rüşvət, dövlət əmlakının talan olunması ilə əlaqədar etdiyi əməllərə görə İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub.
 Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən ictimaiyyət qarşısında dəfələrlə vəzifəli şəxslərə, xüsusilə icra hakimiyyəti başçılarına edilən ciddi xəbərdarlıqlara baxmayaraq, törədilən bu cür cinayət halları dövlət mənafeyinə zərbə vurmaqla, dövlətə və xalqa xəyanət kimi qiymətləndirilib.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Respublikanın Baş Prokuroru təyin edilməsi ölkəmizdə korrupsiya əleyhinə mübarizənin daha da genişləndirilməsinin aydın təzahürüdür.
 Görülən tədbirlər, aparılan mühüm ictimai – siyasi, iqtisadi, hüquqi və kadr islahatları bu gün Azərbaycanın yeni inkişaf mərhələsində uğurla addımladığını parlaq nümayiş etdirir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az