booked.net

Şamaxı rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılır


Koronavirus infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Şamaxıda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirilib.
    Rayonda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə hər gün idarə və müəssisələrin inzibati binalarında, yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərdə, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələr xüsusi olaraq dezinfeksiya məhlulları ilə yuyulur.
    Bundan əlavə mütəmadi olaraq sakinlərə evdə qalmaları, həmçinin şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilir, 65 yaşdan yuxarı rayon sakinlərinə küçələrə çıxmamaları tövsiyə olunur.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: KitabShop.az