Tanınmış seysmoloqun 80 illik yubileyi qeyd edilib


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Şamaxı” seysmik stansiyasının müdiri İsmət Qasımovun 80 illik yubileyi qeyd edilib.
Şamaxı Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, yer elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş direktorun müavini Ramiz İsgəndərov, baş mühəndis Rauf Muradov, seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və digər əməkdaşlar iştirak ediblər.
Mərkəzin baş direktoru Qurban Yetirmişli çıxışında Respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinematik və dinamik parametrlərinin öyrənilməsinin ciddi əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb və ölkəmizdə seysmologiya sahəsinin inkişafında İsmət Qasımovun əhəmiyyətli rolundan və onun böyük xidmətlərindən danışıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbirdə çıxış edərək yubilyarı təbrik edib. Daha sonra yubilyara Azərbaycanda seysmologiya sahəsindəki fəaliyyətinə görə AMEA-nın yer elmləri bölməsi tərəfindən verilən “Fəxri Fərman” və qiymətli hədiyyə təqdim edilib.
"Şirvan" az


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az