Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) ONA-ya verilən məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib.
Ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılıb. Qalanın daxilində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanan ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edilib.
Əldə edilən maraqlı tapıntılardan biri tuncdan hazırlanan şeşpərdir. Şeşpərin haçalarından ikisinin döyüş zamanı qırıldığı güman olunur. Qeyd edək ki, bu tip şeşpər Azərbaycan ərazisində ilk dəfədir aşkar edilir.
Bu il tədqiqatlar qala divarının daxilində yeraltı anbarda aparılıb. Anbarda aparılan qazıntılar zamanı 7 ədəd iri küp aşkar edilib. Küplərdən ən böyüyünün hündürlüyü 1,65 metr təşkil edir. Küplər yerə basdırılıb, ağız hissəsi yastı daşla bağlanıb. Torpağın ağırlığından küplərin, demək olar ki, hamısı çatlayıb. Müəyyən edilib ki, bu küplərin ikisinin daxilində şərab, digərlərində isə taxıl məhsulları saxlanılır.
Küplərin ikisinin üzərində qədim türk tayfalarına aid damğalar həkk edilib. Damğalar küplərin boğaz hissəsinə, hazırlanma zamanı yaş gilin üzərinə barmaq vasitəsilə basılaraq həkk edilib. Çəllək formalı küpün üzəri cızma üsulu ilə dağ və dalğa formalı naxışlarla bəzədilib.
Aşkar olunan maddi-mədəniyyət nümunələri Dəmirçi Arxeoloji Muzeyinə təhvil verilib. Hazırda saxsı məmulatlar mütəxəssislər tərəfindən bərpa edilir. Damğalar üzərində aparılan tədqiqatlar onların hansı tayfalara mənsub olması məsələsinə də aydınlıq gətirəcək.
Dəmirçi kəndinin yaxınlığında qədim türk tayfalarına aid küplər aşkarlanıb.


Tarix :12.04.2019, 13:49
Oxunma :1 860
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
15.07.2025, 10:35
“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir
10.07.2025, 18:23
Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi
10.07.2025, 17:16
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib
9.07.2025, 21:00
Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!
4.07.2025, 18:23
“Shamakhi Open 2025” başa çatdı – Qaliblər mükafatlandırıldı
3.07.2025, 21:01
Şamaxıda səyyar qəbul: Birinci və İkinci Çağan kəndlərinin inkişafı müzakirə olundu
3.07.2025, 19:41
Dədəgünəşdə səyyar qəbul: Sakinlərin müraciətləri yerində dinlənildi
3.07.2025, 18:13
Azərbaycan–Özbəkistan münasibətlərində yeni yüksəliş mərhələsi
2.07.2025, 20:28
. Azərbaycan Polisi: Dövlətçiliyin dayağı, cəmiyyətin etimad ünvanı
27.06.2025, 09:00
Şamaxı Kələxana Türbələr Kompleksi
26.06.2025, 09:08
Şamaxıda “Konstitusiya və Suverenlik İli” münasibətilə 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub
26.06.2025, 08:36
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı — Azərbaycanın enerji potensialında yeni dövr
21.06.2025, 08:28
“Eşq” ansamblı Şamaxını musiqi və ruhun sehri ilə bürüdü- REPORTAJ