Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.


Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanları, idarə müəssisə rəhbərləri və kollektivi, həmçinin rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev adına parkda ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, onun əziz xatirəsi ehtiramla yad edilmişdir.
Rayon mədəniyyət mərkəzində təşkil olunmuş rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən rayon ağsaqqallar şürasının sədri Mayıl Alcanov ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki xidmətlərindən geniş söhbət açaraq, ümummilli liderin ölkəmizin intibahının başlanğıcını qoyan dahi şəxsiyyət olduğunu bildirdi. Natik çıxışında həmçinin Heydər Əliyevin öz xalqının firavan sabahının qurulmasında, milli–mənəvi dəyərlərinin qorunmasında və bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən  əsl vətənpərvər şəxsiyyət olduğunu qeyd etdi.
Tədbirin sonunda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğuladı.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az