OLE777 LOGIN OLE777 shophairwig.com atkinsonsjewelry.com
 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Üfüqlərdə doğan günəş” adlı tədbir keçirilmişdir » Shirvanqazeti.az - Şirvan Qəzeti

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Üfüqlərdə doğan günəş” adlı tədbir keçirilmişdir


Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının  və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Üfüqlərdə doğan günəş” adlı tədbir keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Eyubova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, şəhid atası Rza Nəbiyev, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən, konstitusiyamızın və suverenliyimizin möhkəmləndirilməsindəki rolundan bəhs edərək, onun ideyalarının bu gün də gənclər üçün yolgöstərici olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində bir qrup təhsil işçisi YAP Şamaxı rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilmiş, partiyaya yeni qəbul olunan gənc müəllimlərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbir Şamaxı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin bədii çıxışları ilə davam etmişdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az