booked.net

“Heydər Əliyev ideyaları daim yaşayacaqdır” mövzusunda onlayn tədbir


Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları daim yaşayacaqdır” mövzusunda tədbir keçirildi. Tədbirdə filialın professor-müəllim və tələbə heyəti, qonaq qismində isə Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban xanım Eyubova və YAP Şamaxı rayon Təşkilatının sədri Bəxtiyar Abbasov iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova qeyd etdi ki, müasir Azərbaycan tarixindən söz düşərkən insanın gözləri önündə azərbaycanlı olması ilə qürur duyan dahi şəxsiyyət – ulu öndər Heydər Əliyev canlanır. Ümummilli lider hər zaman öz taleyini millətin taleyi, xalqın taleyi ilə bağlayaraq millətinin dərdini öz dərdi, xoşbəxtliyini isə öz xoşbəxtliyi hesab etmişdir. T.Yusifova Ulu Öndərin “Təhsil millətin gələcəyidir” devizi altında həyata keçirdiyi mühüm islahatlardan da danışdı.
Mehriban xanım Eyubova çıxışında Ulu Öndər Heydər Əliyevin fenomenal bir şəxsiyyət olduğunu, hər bir azərbaycanlının ümummilli liderin həyat yolunu nümunə götürməli olduğunu vurğuladı.
Bəxtiyar Abbasov dünənin, bu günün və sabahın partiyası olan YAP-ın yaradıcısı kimi Heydər Əliyevin demokratik Azərbaycan quruculuğu yolunda göstərdiyi misilsiz xidmətlərdən bəhs etdi.
Sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini, ADPU-nun Şamaxı filialının YAP təşkilatının sədri, fəlsəfə doktoru Şasəddin Mikayılovun “Ulu Öndər Heydər Əliyev Azərbaycanda multukultarizmin banisidir”, Filialın tələbəsi, YAP Gənclər Birliyinin sədri Məhərrəmli Məhərrəm “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış etdilər. Tədbir filialın tələbələrinin ifasında şeir kompozisiyası ilə davam etdirildi.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
  • 10.07.2021, 11:02 YADDAŞ
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az