05 May 2021-ci il tarixində Şamaxı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR” mövzusunda onlayn - konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov ilk öncə tədbirdə iştirak edən qonaqları və iştirakçıları salamladı, sonra isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir haqqında geniş məlumat verdi. Tədbirdə iştirak edən Millət Vəkili Tamam Cəfərova, Şamaxı RİH-ti başçısının müavini Mehriban Eyubova, ADPU-nun Şamaxı filialının direktoru Tunzalə Yusifova, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova mövzu ətrafında çıxış edərək Ulu Öndər Heydər Əliyevin anlamlı ömür yolundan, dövlətimiz, dövlətçiliyimiz uğrunda gördüyü misilsiz işlərdən geniş danışdılar. Çıxışlar bitdikdən sonra məktəbli şagirdlər Aytən Ədilova və Aslan Adıgözəlov Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr etdikləri şeir parçalarını tədbir iştirakçılarlna təqdim etdilər.