Şamaxıda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri soyqırım abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzüb və faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı soyqırımlardan biri olduğunu bildirərək bu hadisənin baş vermə səbəblərindən və tarixi qaynaqlarından geniş söhbət açıb. Natiq həmçinin Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi istiqamətində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Vətən Müharibəsi zamanı qazanılmış tarixi qələbə nəticəsində faciə qurbanlarının qanının yerdə qalmadığını, bu gün xocalıların öz doğma şəhərində sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirərək, bu faciənin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Saat 17:00-da Respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az