Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib


Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib

Şamaxıda Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımını əks etdirən fotoşəkillərə və kitab sərgisinə baxış keçirilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova və Mərkəzin bələdçisi Şəhla İsmayılova Azərbaycan xalqına qarşı törədilən dəhşətli terror aktı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki Xocalı soyqırımını tariximizin ən qanlı səhifələrindəndir.
Çıxışlarda qeyd olunub ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər demişdir ki, Xocalı soyqırımı 100 il bundan sonra da gələcək nəsillərin yaddaşından çıxmamalıdır. Gələcək nəsil bilməlidir ki, bizim millətimizə qarşı belə vəhşiliklər edilib. Sonda “Xocalı dərsi” adlı film nümayiş olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az