16 aprel 2024-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti, YAP Şamaxı rayon təşkilatı və rayon icra hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə rayonun Əmək və Veteranlar şurasının sədri Bayramov Ağarza Seyidrza oğlunun 80 illik yubiley tədbiri keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və rayon ictimaiyyətinin nümayəndələri Ağarza Bayramovun rayonumuzun ictimai-siyasi həyatındakı xidmətlərindən bəhs ediblər. Tədbir iştirakçıları Ağarza Bayramovu yubileyi münasibətilə ürəkdən təbrik edib, ona can sağlığı və gələcək həyatında uğurlar arzulayıblar. Yubilyara hədiyyələr təqdim edilib.
Ağarza Bayramov 80 illiyi münasibətilə Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.