Noyabrın 14-də Şamaxı rayonu Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.
Öncə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Tədbirdə Şamaxı, Qobustan və Ağsu təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.
Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib, həmçinin təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.
Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri iştirakçıların diqqətinə çatdırıb. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə tövsiyə və tapşırıqlarını verib, onlara uğurlar arzulayıb.
Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.
Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Şamaxı, Qobustan və Ağsu rayon təhsil işçiləri ilə görüşüb


Tarix :15.11.2019, 16:25
Oxunma :4 641
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
11.08.2025, 13:51
Prezident İlham Əliyev: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”
1.08.2025, 06:24
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
27.07.2025, 19:57
"Qız Qalası" – Keçmədinin dağlarındakı sirr
22.07.2025, 20:30
Şamaxıda Milli Mətbuat Günü qeyd edilib
20.07.2025, 19:47
22 İyul Milli Mətbuat Günüdür
15.07.2025, 10:35
“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir
10.07.2025, 18:23
Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi
10.07.2025, 17:16
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib
9.07.2025, 21:00
Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!
4.07.2025, 18:23
“Shamakhi Open 2025” başa çatdı – Qaliblər mükafatlandırıldı
3.07.2025, 21:01
Şamaxıda səyyar qəbul: Birinci və İkinci Çağan kəndlərinin inkişafı müzakirə olundu
3.07.2025, 19:41
Dədəgünəşdə səyyar qəbul: Sakinlərin müraciətləri yerində dinlənildi
3.07.2025, 18:13
Azərbaycan–Özbəkistan münasibətlərində yeni yüksəliş mərhələsi
2.07.2025, 20:28
. Azərbaycan Polisi: Dövlətçiliyin dayağı, cəmiyyətin etimad ünvanı
27.06.2025, 09:00
Şamaxı Kələxana Türbələr Kompleksi