Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüş keçirib.Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxıda Şamaxı və Qobustan rayonlarının, nazirin birinci müavini Əli Abdullayev isə Ağsuda Ağsu və İsmayıllı rayonlarının sakinləri ilə görüşüb.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə sözügedən rayonlarda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar qəbul olunub.
Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.
Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.
Regional səfər çərçivəsində nazir Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayev aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçiriblər.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb


Tarix :4.05.2019, 08:54
Oxunma :2 038
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
4.09.2025, 19:22
Şamaxıda ulduzlara açılan pəncərə: astronomiyanın aktual problemləri müzakirə olundu
29.08.2025, 21:58
Şamaxıda səyyar qəbullar: sakinlərin müraciətləri diqqət mərkəzində
29.08.2025, 09:45
Şamaxıda müasir körpələr evi-uşaq bağçalarının açılışı olub
28.08.2025, 21:10
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi: Vaşinqton razılaşması və Azərbaycanın strateji prioritetləri
25.08.2025, 14:21
26 Avqust – Laçın şəhəri günüdür
25.08.2025, 12:27
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlıqda yeni səhifə açıldı
11.08.2025, 13:51
Prezident İlham Əliyev: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”
1.08.2025, 06:24
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
27.07.2025, 19:57
"Qız Qalası" – Keçmədinin dağlarındakı sirr
22.07.2025, 20:30
Şamaxıda Milli Mətbuat Günü qeyd edilib
20.07.2025, 19:47
22 İyul Milli Mətbuat Günüdür
15.07.2025, 10:35
“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir
10.07.2025, 18:23
Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi
10.07.2025, 17:16
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib
9.07.2025, 21:00
Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!