Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Respublikanın bütün bölgələrində olduğu kimi, 31 mart soyqırımı qurbanlarının xatirəsi Şamaxıda da anılmışdır.
1918-ci il soyqırımı zamanı ən dəhşətli vəhşiliklərin törədildiyi, ciddi insan itkilərinə və maddi ziyana uğramış Şamaxıda rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, qanlı hadisələrdə həlak olanların xatirəsini yad etmişlər.
Anım mərasimində əsrlər boyu bədnam ermənilər və onların havadarları tərəfindən türk xalqına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasətinin əsl mahiyyəti iştirakçıların diqqətinə çatdırılmış, qeyd edilmişdir ki, azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bildirilmişdir ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımına məruz qalmışdır. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır.
Xalqımızın başına gətirilən faciələrin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğu xatırlanmış, bu gün də onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə məqsədyönlü addımların atıldığından danışılmışdır.
1918-ci ildə Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğınlardan birinin Cümə məscidində baş verdiyi diqqətə çatdırılmış, Allah evi kimi sığınmış 1700-dən artıq günahsız insanın ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyi, məscidin top atəşinə tutularaq yandırıldığı vurğulanmışdır. Həmiçinin qeyd olunmuşdur ki, 1918-ci il soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində 2013-cü ildə əsaslı bərpa edilmiş, yenidən qurularaq xalqın istifadəsinə verilmişdir.
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür


Tarix :2.04.2019, 08:51
Oxunma :1 932
PAYLAŞ
Digər Xəbərlər

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.
14.04.2025, 10:58
Qaranlığa nur saçan alim
10.04.2025, 16:04
Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış edib
8.04.2025, 18:38
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Laləzar kənd sakinləri ilə keçirilib.
8.04.2025, 11:31
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Şamaxının qonağı olub
7.04.2025, 12:56
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyi güclənir
6.04.2025, 17:25
Milli rəqsə ilk monumental əsər Şamaxıda!
3.04.2025, 13:39
Azərbaycan - Almaniya əlaqələrində yeni mərhələ
26.03.2025, 10:47
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
19.03.2025, 10:23
Novruz bayramı həmrəyliyi, birliyi, sülhü və tolerantlığı tərənnüm edir
18.03.2025, 20:45
Novruzun gəlişi Şamaxıda yüksək əhval-ruhiyyə ilə qarşılanır
17.03.2025, 20:25
Şamaxı rayonuna özəl investisiyaların cəlb olunması ilə bağlı elmi-tədqiqat layihəsi həyata keçirilib
17.03.2025, 12:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.
14.03.2025, 12:58
Şamaxı rayonunda iftar süfrəsi açılıb
12.03.2025, 10:59
Azərbaycan və Şimali Makedoniya arasinda ikitərəfli münasibətlərin inkişafi son illər ərzində xeyli sürətlənib