Çıraqlı kəndində növbəti səyyar qəbul keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Çıraqlı kəndində növbəti səyyar qəbul keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov növbəti səyyar qəbulunu Çıraqlı kənd sakinləri ilə keçirib. Qəbula təhsil, səhiyyə, mədəniyyət sahələrinin və digər xidmət təşkilatlarının rəhbər işçiləri də qatılıb.

Başçı çıxışında son illər respublika və rayonda aparılan abadlıq və infrastruktur layihələrindən danışıb, kənd və qəsəbələrdə icra olunan tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sakinlər əsasən kəndin içməli su ilə təminatında yaranan problemlərin həlli və Bakı-Şamaxı-Yevlax avtomobil yolunu Çıraqlı kəndi ilə birləşdirən Şamaxı-Çıraqlı yolunun əsaslı təmirini istəyiblər. Qaldırılan digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Aidiyyəti qurum rəhbərlərinə qaldırılan məsələlərin tez bir zamanda həlli üçün müvafiq tapşırıqlar verilib.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az