Şamaxıda “Yay vikidüşərgəsi” başa çatıb


“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi tərəfindən təcrübəli və yeni vikipediyaçılar üçün Sumqayıt Texnologiyalar Parkının sponsorluğu ilə Şamaxı şəhərində təşkil olunan “Yay vikidüşərgəsi” başa çatıb.
 2 gün davam edən vikidüşərgənin məqsədi Azərbaycanda “Vikipediya” hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Şamaxı və İsmayıllı rayonları və onların mədəniyyətinə dair məqalələr yaradılması olub.
Vikidüşərgədə 10-u yeni, 25-i təcrübəli istifadəçi olmaqla ümumilikdə 35 nəfər iştirak edib.
Düşərgə müddətində “Vikistatistika”, “Vikipediyanın təbliği”, “Vikitəhsil”, “Vikicəmiyyət və Vikimedia hərəkatı” mövzularında çıxışlar təqdim olunub. Texnologiya mövzusunda 30-dan artıq məqalə yaradılıb və Vikianbara 300-dən artıq şəkil yüklənib.
Düşərgə çərçivəsində iştirakçılar Şamaxı şəhərinin tarixi-mədəni abidələrini - Şamaxı Cümə məscidini, Yeddi Gümbəz məqbərə kompleksini, Şahxəndan türbəsini, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini, Dəmirçi kəndini və Dəmirçi Arxeologiya Muzeyini və Pirqulu qəsəbəsini ziyarət edərək Vikipediyada istifadə edilmək üçün fotoşəkillər çəkiblər.
Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az