Yaponiyanın Azərbaycandakı səfiri Vergi Xidmətinin Şamaxıdakı Tədris Mərkəzində olub


Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Şamaxı rayonuna səfəri çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində olub.
Səfirə Tədris Mərkəzinin binasında yerləşən Dövlət Vergi Xidmətinin vergi muzeyinin eksponatları barədə məlumat verilib. Muzeydə yerləşdirilmiş monitorlarda Azərbaycanın müxtəlif dövrlərində mövcud olmuş vergi növləri, onların tarixi inkişaf zamanı dəyişilməsi və müasir dövr vergiləri haqqında məlumatlar öz əksini tapıb.
C.Vada Tədris Mərkəzinin auditoriyaları və kitabxanası ilə tanış olub, gələcəkdə mərkəzdə birgə görüşlərin keçirilməsini təklif edib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az