2019-cu ilin aprel ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə
Y A D D A Ş
2018-ci ilin yekunlarına görə
* hüquqi şəxslər tərəfindən Mənfəət və Əmlak vergisinin bəyannaməsi,
* fiziki şəxslər tərəfindən Gəlir vergisinin bəyannaməsi
2019-cu ilin aprel ayının 1-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən
2019-cu ilin 1-ci rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin aprel ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
2019-cu ilin mart ayına görəvergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
* Əlavə dəyər vergisi bəyannaməsi,
* Aksiz vergisi bəyannaməsi,
* Yol vergisi bəyannaməsi,
* Mədən vergisi bəyannaməsi,
* Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
* Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
* Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannaməsi 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
* 2019-cu ilin 1-ci rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları Sadələşdirilmiş verginin bəyannaməsi (daşınan və daşınmaz əmlak üçün icarə haqqı ödənildiyi halda 2 nömrəli Əlavə ilə birlikdə) 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
* 2019-cu ilin 1-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)
- 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli
- 2019-cu ilin mart ayı üzrə hesablanmış vergi isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
2019-cu ilin 1-ci rübünə görə sığortaedənlər tərəfindən
* Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat
* İşsizlik sığortası üzrə rüblük hesabat
- 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli
- 2019-cu ilin mart ayı üzrə hesablanmış sığorta haqqları isə 2019-cu ilin aprel ayının 15-dən gec olmayaraq tam həcmdə nağsız formada dövlət büdcəsinə ödənilməlidir.
* 2019-cu ilin 1-ci rübünə görə vergi ödəyiciləri tərəfindən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
* Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini
2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və 2019-cu ilin mart ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
* Dövlət rüsumu haqqında hesabat
2019-cu ilin aprel ayının 22-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan
dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).
Y A D D A Ş 2018-ci ilin yekunlarına görə


Tarix :5.04.2019, 11:12
Oxunma :1 870
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
11.08.2025, 13:51
Prezident İlham Əliyev: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”
1.08.2025, 06:24
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
27.07.2025, 19:57
"Qız Qalası" – Keçmədinin dağlarındakı sirr
22.07.2025, 20:30
Şamaxıda Milli Mətbuat Günü qeyd edilib
20.07.2025, 19:47
22 İyul Milli Mətbuat Günüdür
15.07.2025, 10:35
“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir
10.07.2025, 18:23
Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi
10.07.2025, 17:16
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib
9.07.2025, 21:00
Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!
4.07.2025, 18:23
“Shamakhi Open 2025” başa çatdı – Qaliblər mükafatlandırıldı
3.07.2025, 21:01
Şamaxıda səyyar qəbul: Birinci və İkinci Çağan kəndlərinin inkişafı müzakirə olundu
3.07.2025, 19:41
Dədəgünəşdə səyyar qəbul: Sakinlərin müraciətləri yerində dinlənildi
3.07.2025, 18:13
Azərbaycan–Özbəkistan münasibətlərində yeni yüksəliş mərhələsi
2.07.2025, 20:28
. Azərbaycan Polisi: Dövlətçiliyin dayağı, cəmiyyətin etimad ünvanı
27.06.2025, 09:00
Şamaxı Kələxana Türbələr Kompleksi