“NİZAMİ GƏNCƏVİNİN SƏNƏT DÜNYASI” mövzusunda konfrans


26 may 2021-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında (onlayn) Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvinin sənət dünyası” adlı elmi-praktik konfrans keçirildi. Konfransı ADPU-nun Şamaxı filialının direktoru dos.Tünzalə Yusifova giriş sözü ilə açaraq, Nizami Gəncəvinin bəşəri ideyalar təbliğ edən yaradıcılığından, dövlətin maddi və mənəvi dəyərlərimizin qorunub saxlanması yolundakı tarixi xidmətlərindən, Ümummilli Lider Heydər Əliyev və onun layiqli siyasi varisi İlham Əliyevin bu sahədə misilsiz fəaliyyətindən bəhs etdi. T.Yusifova konfransa dəvət olunmuş Azərbaycan Musiqi Akademiyasının «Humanitar fənlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyevi və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərlini və konfransda iştirak edən digər iştirakşıları salamlayaraq tədbiri idarə etməyi filialın Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevə həvalə etdi.
Professor Tərlan Quliyev “Nizami Gəncəvinin poemalarının vəzni”, professor Əlizadə Əsgərli “Nizami Gəncəvi yaradıcılığı Xəlil Rza Ulutürkün tərcümələrində”, filialın Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimləri - Rima Quliyeva “Nizami Gəncəvi yaradıcılığında humanizm prinsiplərinin bədii ifadəsi” və Sabir İbrahimov isə “Nizami irsi İngilis ədəbiyyatşünaslığında” mövzularında maraqlı çıxışlar etdilər.
Filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbələri Şəfaqət Abdullazadə, Narınc Cəbrayılova və Nəsimi Mustafayev dahi şairin lirikasından qəzəllər söylədilər.
Elmi-praktik konfransı filialın direktoru dos.Tünzalə Yusifova yekunlaşdıraraq dəvəti qəbul edib tədbirdə çıxış etdiklərinə görə qonaqlara və digər iştirakçılara minnətdarlığını bildirdi.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az