booked.net

9 may Qələbə Günü ərəfəsində “Zəfər tariximizin yazarları-Şəhidlərimiz” ziyarət olundu


Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının rəhbərliyi və əməkdaşları Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət etdilər. Ziyarət zamanı qeyd olundu ki, 9 may 1945-ci ildə faşizm üzərində qələbə tarixinə öz xüsusi imzasını atan azərbaycanlıların xələfləri Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin komandanlığı ilə 10 noyabr 2021-ci ildə erməni terrorizmi və faşizmi üzərində tarixi qələbə çaldı. Azərbaycan xalqı II Dünya müharibəsində, eləcə də, müstəqil və bütöv Azərbaycan uğrunda canını fəda etmiş həmvətənlərinin xatirəsini hər zaman əziz tutacaq. Ziyarət zamanı o da qeyd edildi ki, 2021-ci ildən etibarən hər il mayın 8-i artıq Şuşanın işğal tarixi kimi deyil, “Şuşa fatehləri”nin anma günü kimi yad olunacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
  • 10.07.2021, 11:02 YADDAŞ
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az