Yaz bəzi insanlarda həyat eşqini oyatsa da, bəzilərinə əksinə, pis təsir edir. Bəzi insanlar məhz yazda depressiyaya düşürlər. Psixoloqlara görə, yazda insan beynində serotonin adlanan maddənin miqdarında azalma baş verir ki, bu da depressiyanın yaranmasının əsas səbəbidir. Yazda yüksək əhval-ruhiyyəsi ilə seçilən insanlarda isə serotoninin miqdarı normaldır.
Psixoloqların fikrincə, yaz insanlara iki formada təsir edir. "Bəzi insanlarda ruh yüksəkliyi müşahidə olunsa da, çoxlarında yaz yorğunluq, əzginlik, qəmginlik və depressiya yaradır. Düzdür, insanlar daha çox payız fəslində depressiyaya düşür. Belə ki, payızda çox vaxt alaqaranlıq olur, işıqlı saatların sayı azalır. Yağış yağır, səma buludlu olur. Bu da istər-istəməz depressiyaya gətirib çıxarır. Amma yazda isə əksinə olaraq ağaclar çiçəklənir, günəş daha parlaq işıq saçır və s. Bu, bir qayda olaraq insanlarda yüksək əhval yaratmalıdır", - deyən həmsöhbətimiz bildirir ki, amma bəzi insanlara bu dəyişiklik mənfi təsir göstərir. Depressiya, yuxululuq, kefsizlik hökm sürməyə başlayır.
Yaz depressiyasının həm bioloji, həm də psixoloji səbəbləri var. Bioloji səbəb odur ki, insanın beynində serotonin adlanan maddənin miqdarında azalma baş verir və bu da insanda depressiyanın yaranmasının əsas səbəbidir. Digər psixoloji səbəb isə adaptasiya ilə bağlıdır: "Yazda bəzi insanlarda belə bir hiss yaranır ki, onlar sanki yeni bir dövrə başlaya bilməyəcəklər. Sanki hər şeyin sonudur və bundan sonra nə edəcəklərini bilmirlər. Nə qədər təəccüblü olsa da, məhz yaz aylarında insanlar tez-tez özlərinə "mən bundan sonra nə edəcəyəm" kimi suallar verirlər".
Bu cür vəziyyət bioritmlərdən asılıdır. Məhz bioritmlərin təsirindən fəsillər əhvalımıza fərqli təsir edir. Fəsillər dəyişəndə insanın əhvalı, emossional fonu da dəyişir. Bu dəyişikliklər orqanizmdə müəyyən hormonların kəskin dəyişməsi ilə bağlıdır. Xüsusilə də fəsillərin növbələşməsi ilə əlaqədar hormonların kəskin dəyişməsi qadınlarda daha çox müşahidə olunur.
Yay və qış aylarında insanlar özlərini daha sakit və təmkinli hiss edirlər. Payızda, əsasən də yaz aylarında bu sakitlik təəssüratı pozulur. Orqanizmdə əsaslı dəyişikliklər başlayır. Maddələr mübadiləsi sürətlənir, yeni hüceyrələr tez-tez bölünür, bütün orqan və sistemlərdə müxtəlif proseslər gedir. Nəticədə orqanizmin bütünlükdə bioritmi dəyişir, sağlamlıqla bağlı problemlər yaranır. Eləcə də yaz aylarında bir sıra xroniki xəstəliklər kəskinləşir. Misal üçün, yazda həzm prosesi aktiv getdiyi üçün qastrit və mədə xorası ilə bağlı problemlər daha da çoxalır. Yaz fəslində pis əhval və depressiya da bioritmlərin dəyişilməsi ilə bağlıdır. Yazda yay vaxtına keçid də həyat tərzinin, gündəlik rejimin pozulması ilə nəticələnir ki, buna adaptasiya olmaq da həm insanın səhhətində, həm də psixikasında paroblemlər yaradır.
Yaz depressiyasının yaranması fizioloji amillərlə də bağlıdır. Belə ki, orqanizmin fəaliyyəti üçün lazım olan maddələr, enerji qış ərzində tükənir. Yeniləri isə hələ ki, yaranmayıb. Orqanizm sanki qış yorğunluğundan çıxıb və qısa müddət ərzində özünə gələ bilmir. Çoxlarında bu dönəmdə vitamin çatışmazlığı da baş verir. Ona görə də immun sistemi zəifləyir, bu da öz növbəsində əhval-ruhiyyənin enməsinə gətirib çxarır:
"Yaz depressiyasının yaranmasının digər bir səbəbi isə soyuq vaxtlarda daim otaqları qızdırıcılarla isitməyimizlə bağlıdır. Müxtəlif qızdırıcılar, kondisioner və ya qazla otağın isidilməsi isə insanın səhhətinə mənfi təsir göstərir. Və qışda bu mənfi təsirə məruz qalan orqanizm tədricən zəifləyir və yazın xüsusilə də ilk aylarında bu özünü əzginlik, halsızlıq, apatiya ilə göstərir. Bəzi insanlar yazda nə çox danışmaq, nə də çox hərəkət etmək istəyirlər. Belə ki, həyatda heç nə izsiz ötüşmür. Qış belə öz izini qoyub gedir".
Havanın kəskin dəyişməsi, günəş işığının daha da parlaq olması müəyyən insanlara mənfi təsir göstərir. Bu fəsildə müşahidə olunan hipovitaminoz isə xroniki yorğunluğa, soyuqdəyməyə, yuxululuğa səbəb olur. Əgər fikir vermisinizsə, yazda çox adam yuxudan doya bilmədiyindən şikayət edir.
Yaz depressiyasından qurtulmaq üçün psixoloqlar məsləhət görür ki, necə ki, baharda sanki təbiət qış yuxusundan oyanır, siz də o cür oyandığınızı təsəvvür edin: "Yaza qədər baş verən bütün mənfi hadisələrin, hətta gündəlik rejiminizin də üstündən xətt çəkin. Baxın ki, ətrafda hər şey dəyişir. Siz də dəyişməkdən qorxmayın. Gündəlik rejiminizə təbiətdə daha çox olmaq üçün vaxt ayırın, fiziki hərəkətlərlə məşğul olun. İstənilən, hətta pis hava şəraitində belə hər gün mütləq təmiz havada gəzin. Həyatınızı daha rəngarəng etmək üçün istirahət günlərində dostlarınız və ya ailə üzvlərinizlə əylənin".
İş gününüzü, sabahınızı axşamdan planlaşdırın. Çox çətin öhdəliklər qarşınıza qoymayın. Belə ki, yaz aylarında diqqəti cəmləmək daha çətin olur. Gününüzü elə planlaşdırın ki, hər şeyə, həm işə, həm istirahətə, həm də əyləncəyə vaxtınız qalsın.
Yaz fəslində, eləcə də, əsaslı dəyişikliklər etmək məsləhət deyil. Əgər yeni mənzilə köçmək və ya iş yerinizi dəyişmək istəyirsinizsə, bunu başqa vaxta saxlayın. Yazda həyatınızı tam dəyişə bilən qərarlar verməkdən çəkinin.
Yaz gəldi, “Xoş gəldin, depressiya!”


Tarix :2.04.2019, 09:05
Oxunma :4 604
PAYLAŞ
Digər Xəbərlər

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.
27.05.2025, 11:18
28 May - Müstəqillik Günüdür
24.05.2025, 06:04
Azərbaycan regionda etibarlı tərəfdaşdır
23.05.2025, 19:30
Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim...” adlı respublika elmi konfransı keçirilib
23.05.2025, 18:56
Şamaxıda kompleks mülki müdafiə təlimi keçirilib
22.05.2025, 19:52
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Cabanı kənd sakinləri ilə keçirilib
21.05.2025, 17:59
Azərbaycan-Macarıstan: dost ölkələr, strateji tərəfdaşlar
19.05.2025, 17:50
“Güclü cəmiyyətin zərif simaları” layihəsinin növbəti görüşü Şamaxı rayonunda baş tutub
19.05.2025, 13:44
Rayonda “Sağlamlığa Doğru Qaç!” adlı qaçış layihəsinin növbəti mərhələ yarışı keçirilib
16.05.2025, 13:36
Şamaxıda Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib
15.05.2025, 17:30
Şamaxı Rayon İcra Hakimiyyəti və ADPU-nun Şamaxı filialının birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.
15.05.2025, 16:26
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun İkinci Cabanı kənd sakinləri ilə keçirilib
13.05.2025, 13:15
Şamaxıda VII Azərbaycan-Alman-Türk-Özbək Tibb Konqresi və XIII Bakı Beynəlxalq Tibbi Təlim Günləri keçirilib
10.05.2025, 09:32
Azərbaycan-Vyetnam əlaqələrində perspektivli mərhələ başlayır
10.05.2025, 09:20
Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır
8.05.2025, 22:01
Şamaxıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
8.05.2025, 21:51
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Qonaqkənd kənd sakinləri ilə keçirilib
8.05.2025, 11:24
ƏBƏDİYYƏT ÖMRÜ
7.05.2025, 21:33
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Üfüqlərdə doğan günəş” adlı tədbir keçirilmişdir