OLE777 LOGIN OLE777 shophairwig.com atkinsonsjewelry.com
 Şamaxıda fənn olimpiadasının yarımfinal mərhələsinin qalibləri ilə görüş keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda fənn olimpiadasının yarımfinal mərhələsinin qalibləri ilə görüş keçirilib



Şamaxıda keçirilən respublika fənn olimpiadasının yarımfinal mərhələsində rayon məktəblərini təmsil edən 52 nəfər arasında qalib gələn və finala vəsiqə alan şagirdlərlə rayon icra hakimiyyətində görüş olub.
Yarımfinal mərhələsi Azərbaycan dili və ədəbiyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə keçirilib.
Olimpiadada şəhər 9 saylı tam orta məktəbin IX sinif şagirdi Emin Məmmədov Azərbaycan dili və ədəbiyyat, şəhər 10 saylı tam orta məktəbin X sinif şagirdi İmadi Usubalıyev kimya və şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Sevinc Həmzəliyeva kimya fənləri üzrə yüksək nəticə əldə edərək final mərhələdə iştirak etmək hüququ qazanıblar. Fənn olimpiadasının final mərhələsində iştirak edəcək şagirdlərlə görüşən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisinin deputatı Tamam Cəfərova və rayon təhsil şöbəsinin müdiri Məsud Babayev qalibləri təbrik edib, onlara final mərhələsində uğurlar arzulayıblar.
Görüşdə finala hazırlıqla əlaqədar yaradılan şəraitlə tanış olunub, bu sahədə şagirdlərin qayğıları ilə maraqlanılıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az