Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Müsahibəsində çoxqütblü dünyada baş verənlərə münasibət bildirən dövlət başçısı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını Azərbaycanın ən mühüm nailiyyəti kimi qiymətləndirib və qeyd edib ki, bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Azərbaycanın işğal altındakı torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qaldığından bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq: "Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var."
Çoxqütblü dünyada Azərbaycanın yeri ilə bağlı suala gəlincə, cənab Prezident vurğulayıb ki,biz müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik və bu uğura özünü təmin edən güclü iqtisadiyyat qurmaq sayəsində nail olmuşuq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsinin çox aşağı, cəmi 6,9 faiz olması Azərbaycana imkan verdi ki, regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirsin, aid olduğu Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutsun.
Çin telekanalının aparıcısının dövlət başçısına ünvanladığı sualların birində Azərbaycanın çox proaktiv beynəlxalq oyunçu olduğuna diqqət çəkib və ölkəmizin dünyanın aparıcı dövlətlərilə əməkdaşlığının ildən-ilə genişləndirməsini, beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən, qlobal iqlim sammitinə ev sahibliyi etməsini maraqla sadalayıb. Cənab Prezidentdən qarşıdakı planları, hədəfləri ilə bağlı düşüncələrini bölüşməyi xahiş edib.
Dövlətimizin başçısı Bakıda öz işini uğurla bitirən iqlim sammitinə diqqət çəkib və deyib ki, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi.
120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etməsi də dövlətimizin dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətinin uğurlu nəticəsidir.
Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı məsələlərə də aydınlıq gətirib: "...Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər."
Aparıcı Azərbaycanın danışıqlar komandasının Çinin danışıqlar komandası ilə təmaslarını, hər iki tərəfdən müsbət reaksiyanın olduğunu deyəndə, Prezident İlham Əliyev bu məsələdə həmfikir olduğunu bildirib, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş olduqlarını xatırladıb. Azərbaycanın təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığının genişləndirilməsini arzulayıb. Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, dövlətimizn başçısı bildirib ki, ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir.
Azərbaycan, eyni zamanda, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Ölkəmiz Türkiyə, Özbəkistan və Rusiya ilə də müttəfiqlik bəyannaməsi imzalayıb. Bu, Azərbaycanın xarici siyasətinin mahiyyətidir.
Prezident İlham Əliyev müsahibəsində Bakıda keçirilən COP29-a yenidən diqqət çəkib. Deyib ki, bu tədbir, həm də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Bildirdi ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir.
Çin telekanalının aparıcısı daha sonra dünyadan gedən ziddiyyətli n ölkələri dəstəkləmək çətin olacaq. Ona görə də bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. proseslərə diqqət çəkib. Bu keçid dövründə, siyasi etimadın azala biləcəyi bir vaxtda bir Lider ölkəsi üçün necə qərar qəbul etdiyini soruşub. Prezident İlham Əliyev cavabında deyib: "Zənnimcə, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq."
Prezident İlham Əliyev müsahibəsində Vaşinqtonda administrasiya dəyişikliyi ilə əlaqədar məsələlərə də münasibət bildirib. Dövlətimizin başçısı Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübənin çox müsbət olduğunu xatırladıb və ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyi bu 4 ilin artıq tarixə qovuşacağına və ikitərəfli əlaəqlərin müsbət istiqamətdə inkişaf edəcəyinə ümidlərini ifadə edib.
Dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələr olan Çin və ABŞ-nin müxtəlif məsələlərdə aralarında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması təqdirində, sözsüz ki, bu, bütün ölkələrin xeyrinə olacaq- bu da dövlətimizin başçısnın qənaətidir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Orta Dəhlizlə bağlı fikirlərini bölüşərkən bildirib ki, ölkəmizin mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır.
Ölkə başçısı Çin telekanalının tamaşaçılarına Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünün bütün ölkələr üçün əlavə imkanlar yaradacağına əminliyini də ifadə edib.
Prezident İlham Əliyev müsahibəsində yaşıl enerjinin ölkə iqtisadiyyatında çəksinin artırılmasına xüsusi diqqət yetirildiyinə də vurğulayıb və qeyd edib ki, Azərbaycanın 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Bu sitqamətdə böyük layihələr reallaşdırılır.
Azərbaycan iqtisadiyyatın bütün sahələrində Çinlə əməkdaşlığa maraqlıdır. Prezident İlham Əliyev bununla bağlı gözləntilərini belə ifadə edib: "Bəli, gözləntilər çox böyükdür. Lakin mən əminəm ki, istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir."
Dövlət başçısı müsahibəsinin sonunda xalqlararası təmasların hər iki ölkəni və onun xalqlarını bir-birinə daha da yaxınlaşdıracağına əminliyini bildirib.
Dövlət başçısı müsahibəsinin sonunda xalqlararası təmasların hər iki ölkəni və onun xalqlarını bir-birinə daha da yaxınlaşdıracağına əminliyini bildirib.


