İmadəddin Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dildə ifadə etməyi bacaran qüdrətli sənətkarlardan biri olub. Bu böyük mütəfəkkirin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.
Bu fikirlər aprelin 16-da Şamaxı rayon mərkəzi kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Nəsimi Şərqdə fəlsəfi poeziyanın banisidir” mövzusunda keçirilən “dəyirmi masa”da səsləndirilib.
Şamaxı Dövlət Regional Kollecin tələbələrinin, ümumtəhsil məktəbi şagirdlərinin, ziyalıların, qatıldıqları tədbiri MKS-nin direktoru Ərəstun Xələfov açaraq, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında 2018-ci il 15 noyabr tarixli Sərəncamının, eləcə də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasının elmi və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
“Dəyirmi masa”da şəhər 9 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Pərviz Maqsudov, regional kollecin tələbəsi Xanım Rəcəbova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, İmadəddin Nəsiminin adı 650 ildir Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir.
Onun ana dilindən başqa ərəb və fars dillərində yaratmış olduğu divanlar şairin adını öz vətənindən çox-çox uzaqlarda, bütün Yaxın Şərqdə şöhrətləndirib.
Şəhər 2 saylı tam orta məktəbin şagirdləri və kollecin tələbələri şairin şeirlərindən və qəzəllərindən nümunələr söyləyiblər.
Sonda mərkəzi kitabxanada təşkil edilən “İmadəddin Nəsimi- 650“ sərgisinə baxış keçirilib.
Nəsimi Şərqdə fəlsəfi poeziyanın banisidir


Tarix :16.04.2019, 15:49
Oxunma :3 267
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı şəhidlərinə həsr olunmuş "Zəfər Yolçuları" kitabının təqdimatı keçirilmişdir
3.05.2022, 18:48
Prezident İlham Əliyev cari ilin 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxış etmişdir
26.04.2022, 09:28
Şuşa Zəfəri-Zəfəri dünyaya çatdıran Zəfər Qurultayı
25.04.2022, 08:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov 20 aprel tarixində birgə bəyanatla çıxış etdilər
21.04.2022, 18:32
Şamaxı rayonunun Nüydi və Çarhan kəndlərində səyyar qəbul keçirilib
21.04.2022, 10:09
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında təsbit olunub
20.04.2022, 20:42
Şamaxıda fermerlərlə görüş keçirilib
15.04.2022, 09:46
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir
10.04.2022, 10:19
Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixli Brüssel səfəri və səfər zamanı keçirilmiş görüşlərin uğurlu nəticələri
9.04.2022, 14:04
Şamaxı şəhər stadionundan reportaj
8.04.2022, 09:42
Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin inkişafında keyfiyyətcə yeni mərhələ oldu
30.03.2022, 09:50
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
24.03.2022, 09:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul etmişdir
18.03.2022, 09:48
BAHAR NƏ XOŞ GƏLİR...
18.03.2022, 09:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 15 mart tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı etmişdir