Şamaxı rayonunun Qaravəlli, Məlcək, Mirikənd, Dədəgünəş və Çağan kəndlərinin seçiciləri ilə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunun Qaravəlli, Məlcək, Mirikənd, Dədəgünəş və Çağan kənd seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşviqat qrupunun üzvləri Altay Məmmədov, Tünzalə Yusifova, Səməd Fətəliyev, Ağarza Bayramov, Fuad Səmiyev və Şamaxı rayon yerli təşviqat qrupunun üzvləri Hacıbaba Şıxıyev, Yeganə Əsgərova, Fuad Nəsirov, Şəhriyar Soltan, Əli Mahmudov və qazi Cahangir İsmayılov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, qalib xalqın Qalib Lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılıb. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.
Natiqlər seçiciləri 7 fevralda keçirilicək prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.