Şamaxı rayonunun Mədrəsə və Kərkənc kənd seçiciləri ilə görüş keçirilib.


2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunun Mədrəsə və Kərkənc kənd seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, yerli təşviqat qrupunun üzvləri Rauf Qədirov, Sübhan Allahverdiyev çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atır. Tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir. Qarabağın, Şuşanın xilaskarı cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu yürüşün davamı – Qələbə təntənəsidir. Ulu Öndərin görmək istədiyi bugünkü qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda əmin addımlarla irəliləyir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az