Şamaxıda üzüm yığımı başa çatıb. Plantasiyalardan 10 min 309 ton məhsul yığılıb ki, bu da ötənilki göstəricidən 336,5 ton çoxdur.
Bu barədə Rayon Statistika İdarəsindən “Şirvan”a verilən məlumata görə, vaxtilə üzümçülük üzrə məşhur olan Şamaxıda son illər bu sahə sürətlə inkişaf etdirilir. Artıq plantasiyaların sahəsi 1793,3 hektara çatdırılıb. Bunun da 1612 hektarı məhsuldardır.
Rayonda daha çox üzüm bağları olan “Az-Qranata”, “RMZ” və “Şirvan şərabları” MMC-lər, habelə Sabir, Şəhriyar qəsəbə, Mədrəsə, Meysəri, Mirkənd, Çarhan kənd ərazi dairələri məhsul istehsalında fərqləniblər. Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Yetişdirilən süfrə üzümü isə birbaşa bazarlara çıxarılıb.