Şamaxı rayonunda 2019-cu ilin səkkiz ayında 4 milyon 799,4 min manatlıq sənaye məhsulları istehsal edilib.
Rayon Statistika İdarəsindən, “Şirvan” a bildirilibki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər 2018-ci illə müqayisədə 609,6 min manat artıb.
Qeyd edək ki, regionlarda iqtisadiyyatın ayrı-ayrı sahələrinə göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait aqrar bölgə olan Şamaxıda iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən sənayenin inkişafına güclü təkan verir.