booked.net

Bu gün ilk çərşənbədir


Bu gün Novruzun ilk çərşənbəsidir.
 
"Şirvan" az xatırladır ki, Azərbaycanda Su çərşənbəsi qeyd edilir.
 
Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.
 
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır.
 
Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

  • 27.09.2023, 12:17 27 Sentyabr – Anım Günü
    16.09.2023, 15:29 SİZİNLƏ FƏXR EDİRİK!
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az