• Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin oktyabr ayı üzrə
hesablanmış sığorta haqları 2019-cu ilin noyabr ayının 15-dən gec olmayaraq tam həcmdə
nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr
• 2019-cu il üzrə hesablanmış torpaq vergisinin yarısını cari ilin noyabr ayının 15-dən gec
olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
• 2019-cu ilin 4-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin
noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
2019-cu ilin oktyabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
• Əlavə dəyər vergisinin bəyannaməsi,
• Aksiz bəyannaməsi,
• Yol vergisinin bəyannaməsi,
• Mədən vergisinin bəyannaməsi,
• Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
• Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin
bəyannaməsi
2019-cu ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim
edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət
büdcəsinə ödənilməlidir.
• Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş
verginin bəyannaməsi 2019-cu ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına
təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
• Muzdlu işlə əlaqədar 2019-cu ilin oktyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq
tutulan vergi 2019-cu ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə
ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar
ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 4-cü rübü üzrə bəyannaməni
2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).
• Xüsusi notariusların 2019-cu ilin oktyabr ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin
noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 4-cü rübü
üzrə bəyannamə 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).
Qeyd:
ü 20.01.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli
bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2020-ci il tarixə keçirilmişdir