Şuşa Bəyannaməsi iki ölkənin birliyinin və qardaşlığının təntənəsidir.
Azərbaycan-Türkiyə münasibətləri illər öncədən özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. Bu gün Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi münasibətlər beynəlxalq aləmdə nadir hadisədir. İki dövlətin dostluğu və qardaşlığı onların ən böyük sərvətidir. Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatla çıxışında bu xüsusda danışaraq deyib ki, iki qardaş dövlət dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir: "Bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk"
Azərbaycan-Türkiyə münasibətləri illər öncədən özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. Bu gün Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi münasibətlər beynəlxalq aləmdə nadir hadisədir. İki dövlətin dostluğu və qardaşlığı onların ən böyük sərvətidir. Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatla çıxışında bu xüsusda danışaraq deyib ki, iki qardaş dövlət dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir: "Bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk"
Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə isə Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur oldu. İkinci Qarabağ savaşındakı qalibiyyətdə olduğu kimi, bu Bəyannamənin də müəllifləri Azərbaycan və Türkiyədir. Qardaş dövlətlərin liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu Bəyannamə ilə mövcud əlaqələri və əməkdaşlığı yeni mərhələyə yüksəltdilər.
Azərbaycan-Türkiyə münasibətləri ötən ilin Vətən müharibəsi zamanı özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi. Torpaqlarımızın azad olunması ilə nəticələnən 44 günlük savaş günlərində bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının möhkəmliyini və sarsılmazlığını gördü. Azərbaycanın haqq işini qətiyyətlə dəstəkləyən Türkiyə dövləti özünün qardaşlıq və mənəvi missiyasını yerinə yetirdi. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
2021-ci ilin iyun ayında Azərbaycana növbəti səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Şuşaya getməsi, iki dövlət başçısının məhz burada görüşməsi Azərbaycan-Türkiyə münasibətlərinin məzmunu baxımında son dövrlərin ən mühüm siyasi hadisəsi oldu. Bu səfər Azərbaycan-Türkiyə qardaşlığını bir daha dünyaya bəyan etdi, türk dünyasının böyük siyasi uğuru oldu, dostlarımızı sevindirdi, düşmənin bağrına xəncər tək sancıldı. «Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir», - deyə İlham Əliyev bildirib.
Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması isə iki qardaş dövlətin Qarabağ müharibəsində qazandıqları tarixi Zəfərin yeni müstəvidə davamı idi. Prezident İlham Əliyev bu səfərin tarixi əhəmiyyətinin olduğunu qeyd edərək, müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamənin əlaqələrimizi ən yüksək zirvəyə qaldırdığını bəyan etdi: “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.
Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.
Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.
Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
1991-ci ilin oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra onun müstəqilliyini tanıyan ilk ölkə də məhz Türkiyədir. Bütün iqtidarlar dövründə Türkiyə-Azərbaycan münasibətləri yanlız yüksələn xətlə inkişaf etmişdir.Türkiyə prezidentləri və baş nazirləri: Turqut Ozal, Süleyman Dəmirəl, Əhməd Nezdət Sezar, Abdulla Gül, Rəcəb Tayyib Ərdoğan hər biri Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına öz layiqli töfhəsini vermişlər.
1990-cı ildən sonra blokadaya düşmüş Naxçıvan Muxtar Respublikasının son dərəcə ağır iqtisadi və siyasi blokadadan qurtarması üçün Türkiyə prezidenti Turqut Ozalın və Türkiyənin Baş naziri olan Süleyman Dəmirəlin göstərişi ilə Naxçıvan MR-ə 100 milyon ABŞ dolları dəyərində kredit ayrılmışdır. Həmin kredit blokada şəraitində olan Naxçıvanı xilas etməkdə həmin vaxt Naxçıvan MR Ali Məclisinin sədri olan Heydər Əliyevə boyük dəstək olmuşdur. Türkiyənin son 20 ildə iqtidarda olan bütün hakimiyyətləri Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın haqq səsini dəstəkləmiş, Ermənistan Respublikası ilə sərhədləri bağlayaraq onunla hər cür əlaqələri kəsmişlər.
Şübhəsiz ki, Azərbaycanın son qələbələrinin əldə olunmasında hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın özünəməxsus şəkildə rolu var. Türkiyədə 2014-cü ilin martın 30-da keçirilən bələdiyyə seçkilərində və 2014-cü il avqustun 10-da keçirilən prezident seçkilərində qalib gələn Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və baş nazir və prezident kimi Rəcəb Tayyib Ərdoğan ilk səfərini məhz Türkiyə üçün qardaş ölkə olan Azərbaycana etməsi bir daha sübut edir ki, bizi bir-birimizə bağlayan tellər sarsılmazdır.
İLHAM ƏLİYEV: "Əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk"
Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir. Sənəddə vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.
Həmçinin, Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer alır. Sənəddə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək. Bunun üçün xarici siyasət sahəsində koordinasiyanın və ikitərəfli siyasi məsləhətləşmələrin vacibliyini vurğulanır. Bu istiqamətdə Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti qeyd olunur.
Ümumilikdə, Bəyannamədə yer alan bütün məsələlərin hər biri Azərbaycan və Türkiyə üçün olduqca vacibdir. Bu baxımdan Şuşa Bəyannəməsi Azərbaycanın və Türkiyənin milli maraqlarını tam ehtiva edir. Ümumiyyətlə isə Azərbaycan-Türkiyə münasibətləri həmişə strateji məzmun daşıyıb. İndiyədək iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən sənədlər imzalanıb. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyi daha da möhkəmləndirdi və ona yeni siyasi məzmun verdi. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın açıqlamalarında Cənubi Qafqazın gələcək inkişaf perspektivləri ilə bağlı olduqca önəmli mesajlar yer alır. Hər iki prezident bölgənin sülh və əmin-amanlıq içərisində inkişaf mərhələsi keçirməsi üçün istənilən fədakarlığa, qətiyyətli addımlar atmağa hazır olduqlarını qətiyyən gizlətmirlər.
Bəyannamənin imzalanması üçün Şuşa şəhərinin seçilməsi ilk növbədə verilən aşkar mesajdır ki, Ermənistanın viran qoyduğu Qarabağ işğaldan azad edilməklə, mədəni tədbirlərə ev sahibliyi etməklə yanaşı, eləcə də diplomatik sazişlərin imzalandığı bir məkana çevrilməkdədir.
Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana gəlməzdən əvvəl NATO-nun zirvə görüşündə iştirak etmiş, ABŞ Prezidenti C.Bayden, Fransa Prezidenti E.Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniyanın Kansleri Angela Merkel ilə görüşmüşdü. Brüsseldə NATO sammitindən sonra keçirilən mətbuat konfransında Qarabağda gec də olsa, ədalətin bərqərar edildiyini deyən Türkiyə prezidenti bu məsələdə NATO tərəfindən də güclü dəstək verilməsini zəruri hesab etdi: “Qarabağda 30 illik bir gecikmə ilə də olsa, ədalət öz yerini tapdı və bölgədə umidlər yeridən baş qaldırdı. Savaşın yerini barışın, gərginliyin yerini əmin-amanlığın, qeyri-sabitliyin yerini daimi bir sülhün ala biləcəyi dövrün qapıları aralandı. Ölkəmizin sərhədləri kənarında dəstəklədiyimiz bu əməliyyatlara ittifaq tərəfindən də güclü dəstək verilməsini zəruri hesab edirik".
Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır və bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır, eyni zamanda Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans
15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”. Bəli, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyənin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsidir. İstər 30 ilə yaxın müddət ərzində davam edən münaqişə dövründə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyənin Azərbaycanın yanında olması sevindirici və qürurverici olmaqla yanaşı, ölkələrimizin tarixin mühüm anlarında – taleyüklü məqamlarda birlikdə olduqlarını, çətin və mürəkkəb sınaqlardan əzmlə, ləyaqətlə və şərəflə çıxdıqlarını təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ölkələrimiz tarixi sınaqlardan şərəflə və başı uca çıxaraq “Bir millət, iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır”.