Şamaxı şəhərinin sabit və etibarlı su təchizatı üçün yeni mənbənin yaradılmasına başlanılıb
Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində Ağsuçayın məcrasında 1734 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu inşa edilir. Yeni yaradılan mənbədən şəhərə saniyədə 80-100 litr suyun verilməsi nəzərdə tutulur. Su mənbəyində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı, 1 ədəd su nasos stansiyası inşa edilib. Yeni su mənbəyindən Şamaxı şəhərinə içməli suyun verilməsi məqsədilə 19 kilometrlik magistral su kəməri tikilib. Şəhərin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 5000 kubmetr olan 4 yeni su anbarı da inşa olunub. Hazırda sugötürücü qurğuda tikinti işləri davam etdirilir. Mənbə istismara verildikdən sonra magistral kəmərlə Şamaxı şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da kəskin istilərin müşahidə olunduğu dövrlərdə şəhərin içməli su təminatında dayanıqlıq təmin olunacaq.
“Şirvan.az”
Kəskin istilərin müşahidə olunduğu dövrlərdə şəhərin içməli su təminatında dayanıqlıq təmin olunacaq


Tarix :4.06.2019, 09:05
Oxunma :1 811
PAYLAŞ
Digər Xəbərlər

Şamaxı Kələxana Türbələr Kompleksi
11.08.2025, 13:51
Prezident İlham Əliyev: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır”
1.08.2025, 06:24
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
27.07.2025, 19:57
"Qız Qalası" – Keçmədinin dağlarındakı sirr
22.07.2025, 20:30
Şamaxıda Milli Mətbuat Günü qeyd edilib
20.07.2025, 19:47
22 İyul Milli Mətbuat Günüdür
15.07.2025, 10:35
“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir
10.07.2025, 18:23
Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi
10.07.2025, 17:16
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib
9.07.2025, 21:00
Şamaxının qüruru – Gənc güləşçimiz uğurla qayıtdı!
4.07.2025, 18:23
“Shamakhi Open 2025” başa çatdı – Qaliblər mükafatlandırıldı
3.07.2025, 21:01
Şamaxıda səyyar qəbul: Birinci və İkinci Çağan kəndlərinin inkişafı müzakirə olundu
3.07.2025, 19:41
Dədəgünəşdə səyyar qəbul: Sakinlərin müraciətləri yerində dinlənildi
3.07.2025, 18:13
Azərbaycan–Özbəkistan münasibətlərində yeni yüksəliş mərhələsi
2.07.2025, 20:28
. Azərbaycan Polisi: Dövlətçiliyin dayağı, cəmiyyətin etimad ünvanı
27.06.2025, 09:00
Şamaxı Kələxana Türbələr Kompleksi