Şamaxıda "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirilib


“Zəfərin mübarək, Azərbaycan!”
          -Noyabrın 5-də Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Yaşa Mərkəzinin birgə təşkilatçılığı və Şamaxı rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə Zəfər gününə həsr olunmuş tədbir bu adla keçirildi. 
           Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, SHXÇDX-nin rəisi Pərviz Feyzullayev, ictimai xadim Hacı Quliyev, şəhidlərin ailə üzvləri, müharibə veteranları və qazilər,  həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
            Şamaxı Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının məzarları üstünə təzə-tər çiçəklər düzüblər.
           Şamaxı rayon Mədəniyyət sarayında tədbir baş tutan tədbirdə ilk növbədə Qarabağımızın düşmən işğalından azad edilməsi yolunda canlarını fəda vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla davam etdirilib. 

             Tədbiri giriş sözü ilə açan Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova şəhidlərə Allahdan rəhmət diləyib, onların qəhrəmanlıqla döyüşdüyünü, adlarının Vətən tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Şəhidlərimizin gələcək nəsillərə örnək olduğuna əminliyini ifadə edib.  
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında bildirib ki, Vətən müharibəsində qazanılan Böyük Zəfər xalqımızın gücünü, birliyini, həmrəyliyini göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında tarixi ədaləti bərpa etdi.
Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərlyi altında rəşadətli Ordumuz 1992-ci il mayın 8-də işğal edilən Şuşanı da 2020-ci ilin noyabrın 8-də doğma nəfəslərlə isindirdi.
           Rayon başçısının çıxışında xüsusi vurğunıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin, qazilərin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısının imzaladığı fərman və sərəncamlar bunun bariz nümunəsidir.  Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısını əks etdirir. 
           RİH-nin başçısı Tahir Məmmədov çıxışının sonunda Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək məqsədilə bundan sonra da lazımi addımların atılacağını bildirib. 
            
Tədbirdə iştirak edən şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova çıxışı zamanı şəhid analarına uca Allahdan səbr diləyib və belə təşəbbüslərin reallaşdırılmasına görə əməyi keçən insanlara təşəkkürünü bildirib. Deyib ki, general-mayor Polad Həşimovun xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.
Poladın öz əsgərlərinə doğma övladı kimi yanaşdığını, onların qayğısına qaldığını qeyd edən Səmayə ana deyib ki,  torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması oğlunun ən böyük arzusu idi.
           Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Səmayə Həşimova qazilərimizə cansağlığı və tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, şəhid anası Güllü Babaşova,qazi Mirmövsüm Eynalov, ictimai xadim Hacı Quliyev və başqaları da çıxış edərək, Azərbaycan əsgərinin Vətən sevgisindən, qəhrəmanlığından söz açıblar. Qeyd ediblər ki, özündən sonra şərəfli adını tarixə həkk edən hər bir oğlumuz qəhrəmanlıq ənənələrimizi qorumaqla öz ata-babalarının tarixi yolunu davam etdiriblər.


Tədbirdə GİKİM-in Şamaxı nümayəndəliyinin könüllü gənci Polad Həşimovun həyatı və döyüş yolundan bəhs edən təqdimatla çıxış edib. 
           Şəhər 9 saylı və 6 saylı tam orta məktəblərinin tədbirlə bağlı hazırladıqları kompozisiya tədbir iştirakşıları tərəfindən maraqla qarşılanıb.
           Sonda tədbir iştirakçıları birgə xatirə şəkili çəkdiriblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az