Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyi güclənir


Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.

Prezident İlham Əliyev  toplantıda çıxış edərək qeyd edib: “İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir.Onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik”,-deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə  bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün heç vaxt olmadığı qədər enerji təhlükəsizliyi milli təhlükəsizliyin, ölkələrin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir və bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik. “Çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”, - Prezident İlham Əliyev qeyd edib. 
Dövlət başçımızın  sözlərinə görə, bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, səkkizi isə Avropa İttifaqının üzvləridir: “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”.
Dövlət başçısının sözlərinə görə, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir: “Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür”.
Cənub Qaz Dəhlizi artıq 4 ildir ki, fəaliyyət göstərir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir.  Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevirilməsinə imkan yaradıb. Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, “Bu Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir”.Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin  keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
Prezident İlham Əliyev vurğulayıb ki, biz nəhəng hasisat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, “Şahdəniz” və “Abşeron”- bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır.Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləlik lə,müqavilələr artıq imzalanıb, işçi proqramı təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. 
Bu gün “Azəri-Çıraq-Günəşli” və “Abşeron”, “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. “Şahdəniz” təhlükəsiz və səmərəli şəkildə qaz hasilatını davam etdirir ki, bununlada Azərbaycanın Avropa və regional bazarlar qarşısındakı öhdəliyinin yerinə yetirilməsinə dəstək verir.
Avropada istifadəyə verilmiş interkonnekktor layihələrinin təməlində, ilk növbədə Cənub Qaz Dəhlizi layihələrinin təməlində, Cənub Qaz Dəhlizi dayanır.İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək. Azərbaycan etibarlı tərəfdaş artıq sübut edir.
Dövlətimizin başçısının siyasi iradəsi nəticəsində mümkün olan Cənub Qaz Dəhlizinin Avropa üçün ən vacib təşəbbüslərdən biridir. Sirr deyil ki, qaz  axını Avropaya Cənub Qaz Dəhlizindən gedir. “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Şahdəniz” bir çox ölkələrin energi təhlükəsizliyinə töhfə verir.
Prezident İlham Əliyev qarşıda duran vəzifələrə də toxunub:  “Biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq... Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur.Biz bu il yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlamasını gözləyirik.”
Hazırda Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir.Lakin zaman onun genişləndirilməsi zərurətini gündəmə gətirir və bizim üçün maliyyələşmə lazımdır. Odur ki, dövlət başçımız qeyd edib: “Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin  dayandırılması qərarına  gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”.
Prezident İlham Əliyevin strateji baxışı çərçivəsində Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, həm də “yaşıl enerji” potensialı var və “yaşıl gündəliyi”miz artıq hamıya bəllidir. Qarabaq və Şərqi Zəngəzur, eləcə də Naxçıvan MR “yaşıl enerji” zonaları elan edilib. “Yaşıl enerji” layihələri bu regionlarla yanaşı, digər şəhər və bölgələrimizə də addımlamaqdadır. Bu sahədə son dövrlər bir sıra yeni müqavilələr imzalanıb.
Dövlət başçısı İlham Əliyevin enerji siyasəti davamlı inkişafın təmin edilməsində, xarici investisiyaların cəlb olunmasında, dövlətimizin regionda və onun hüdudlarından kənarda enerji əməkdaşlığının aparıcı qovşağı kimi mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti uzaqgörən və davamlı inkişaf prinsiplərinə əsaslanır. Məhz bunun nəticəsidir ki, bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş mövqeyini daha da göcləndirir.
Tədbir çərçivəsində Azərbaycan  lideri ölkəmizin qaz təczihatının Avropa coğrafiyasında genişləyəcəyindən, qazpaylama şəbəkəsinin yaradılması istiqamətində bəzi Avropa ölkələrində işlərin aparıldığından bəhs edib. Prezident İlham Əliyev investorlarla müqavilələrin imzalandığını da vurğulayıb: “Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq”- deyə dövlətimizin başçısı bildirib.

Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.
Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib.
Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az