Ənənəvi mədəniyyət bayramı olan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı mayın 16-da öz işini Şamaxı şəhərində davam etdirib.
Şəhərin Heydər Əliyev parkında təşkil olunan mədəniyyət bayramında rayon sakinləri və qonaqlar “Nağaraçalanlar”, “Pirqulu” instrumental ansamblının maraqlı ifalarını dinləyiblər. Festivalın zəngin yaradıcılıq proqramını Xalq çalğı alətləri orkestri və xor kollektivinin rəngarəng çıxışları, uşaq incəsənət musiqi məktəbinin şagirdlərinin yaddaqalan tədqimatları maraqlı edib. Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin özünəməxsus çıxışları ilə davam edib.
2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiya da hazırlayıblar. Şagirdlərin ifasında şairin obrazı canlandırılıb, qəzəlləri qiraət ustalarının təqdimatında səsləndirilib.Qeyd edək ki, proqrama müvafiq olaraq Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxıblar.Sərgidə misgərlik nümunələri, məişət qabları, kəlağayılar, zərif naxışlı tikmələr nümayiş etdirilib. Burada, həmçinin çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.
Yaradıcılıq festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ölkəmizin bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı təşkil olunur.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı : Şamaxı
Tarix :17.05.2019, 09:38
Oxunma :3 204
PAYLAŞ
Digər Xəbərlər
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.
9.05.2024, 15:23
Prezident İlham Əliyev: “Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar”
8.05.2024, 16:30
Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə üzrə Heydər Əliyev mərkəzlərinin Şamaxıda toplantısı keçirilib.
5.05.2024, 10:11
Mədəniyyətlərarası dialoq sülh, təhlükəsizlik və davamlı inkişaf üçün imkanlar açır
29.04.2024, 17:25
AZƏRBAYCAN-ALMANİYA MÜNASİBƏTLƏRİ TARİXİ KÖKLƏRƏ MALİKDİR
27.04.2024, 15:35
Görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
26.04.2024, 15:37
Şamaxıda elmi-praktik konfrans keçirilib
25.04.2024, 21:36
Azərbaycan-Qırğızıstan: Yüksələn strateji tərəfdaşlıq
25.04.2024, 21:26
Azərbaycan üçün Yaşıl Baxış
25.04.2024, 15:41
Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Vatanabe Katsuya Şamaxıya səfər edib.
24.04.2024, 09:48
Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
22.04.2024, 10:56
Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yalnız bir Dünya”
18.04.2024, 19:39
Rayonun Laləzar kəndində keçirilən səyyar görüş keçirilib
18.04.2024, 16:53
Bölgələrdə tərəqqi ön mövqedədir
18.04.2024, 15:50
Şamaxı rayon Mədəniyyət Mərkəzində elmi-praktiki seminar keçirilib.
17.04.2024, 10:23
Rayonun Əmək və Veteranlar şurasının sədri Bayramov Ağarza Seyidrza oğlunun 80 illik yubiley tədbiri keçirilib
16.04.2024, 20:33
Növbəti səyyar görüş rayonun Quşçu kəndində keçirilib.